Rəqəmlər taleyin yazısıdır?
11:27 23.06.2024
Relaks
4105
Doğum tarixi insanı zəngin də edə bilər, fəqir də
Numerologiya alimləri insanların taleyinin doğum tarixindən asılı olduğu qənaətindədir. Alimlərin fikrincə, insanın doğum tarixini göstərən rəqəmlər düşərli-düşərsiz ola bilir. İnsanın bəxtinə düşən rəqəmlər həm də onun alın yazısıdır. İnsanın varlı və ya kasıb olması, hətta gələcəkdə hansı peşəyə, ixtisasa yiyələnəcəyi də doğulduğu tarixin hansı rəqəmlərə bağlı olmasından asılıdır. Numeroloqlar iddia edir ki, insan doğulduğu gün onun hansı peşənin sahibi olacağı da bilinir. Bu, insanın hansı rəqəmlər altında doğulduğuna bağlıdır. Yəni rəqəmlər insanın gələcək taleyini bildirir. “Sherg.az” “NTV.com.tr”yə istinadən numeroloqların rəqəmlərlə bağlı ehtimallarını təqdim edir. Numerologiya rəqəmlərin – sayların insan həyatı üzərindəki sirli təsirini öyrənən inanc sistemidir. Bu sistem rəqəmlərin insanların şəxsiyyəti, istedadları, zəif nöqtələri və ömürləri üzərində dərin təsirlərini ortaya qoyur. Numerologiyada hər bir rəqəm özünəməxsus enerji daşıyıcısıdır və insanın adı, doğum tarixi kimi məlumatlara dayanaraq yorumlar aparılır. Numeroloqlar rəqəmləri dünyəvi hesab edir və onları hər bir insanın həyat yolunu göstərən kompas hesab edirlər. İnsanın doğum tarixini bildirən rəqəmlər və adının hərflərinə uyğun gələn numeroloji dəyərlərə əsasən o insanın xarakterini, həyat amalını, ömür yolunu və hansı peşəyə sahib olacağı müəyyən edilir. Bəzi insanlar numerologiyaya inanır, həyatlarını, gələcəklərini, karyeralarını bu mülahizələr üzərində qurmağa çalışırlar. Lakin numerologiyanın elmi əsaslara dayanmadığını, subyektiv mülahizələrə əsaslandığını da yaddan çıxarmaq olmaz. Numerologiyaya inanmaq fərdidir, insanın inancına bağlı məsələdir. Hər halda maraqlıdır, hansı rəqəmlər düşərli, hansılar düşərsizdir. Numeroloqlar doğum tarixi üzərindən mülahizə yürüdərkən bu cür hesab aparır. Məsələn, bir insanın doğum tarixi təqvim ayının 23-dürsə, deməli, doğum sayı 2+3=5-dir. İnsanın taleyi doğum tarixi, ay və il olaraq hesablanır. Birisi 2000-ci il oktyabrın 23-də dünyaya gəlibsə, tale sayı 2+3+10+2+0+0+0=8-dir . Doğum tarixindəki bütün rəqəmlər – il, ay, tarix hamısı toplanır, toplamda hansı rəqəm alınırsa, o sayı təşkil edən rəqəmlərin daşıdığı mahiyyətə baxılır. 1 rəqəmi Günəş planeti tərəfindən idarə olunur. Bu rəqəm altında doğulanlar tibb, memarlıq, qəzetçilik, siyasət, şairlik – poeziya sahəsində uğur qazana bilər. Bu insanlardan yaxşı yoqa müəllimi də “çıxır”. 2 rəqəmi – sənətçi, yazıçılar, tərcüməçilər, elm adamlarına, istedadlı natiqlərə aiddir. 3 rəqəmi Yupiter tərəfindən idarə olunduğundan, bu rəqəm altında doğulanlar çox yaxşı məsləhətçi və müəllim olurlar. Riyaziyyatçılar, mühasiblər, elm adamları bu rəqəmlər altında doğulanlardır. 4 rəqəmi – astroloqlar, filosoflar, vəkilllər, psixoloqlar “yetişdirir”. Onlar kimyaçı, həkim, xəstəxana rəhbəri, yaxşı idarəçi, texniki işçi olur. Aralarından hətta sehirbaz və fala baxanlar da “çıxır”. 5 rəqəmi Merkurinin təsiri altındadır və bu insanlar riyaziyyat elmində öndədirlər, bankçılıq, maliyyə işləri, sığorta, səyahət məsləhətçisidirlər. 5 rəqəmi altında doğulanların varlı olmaq şansı böyükdür. 6 rəqəmi – Veneranındır. Bu insanlar daş-qaşa, zinət əşyalarına həvəslidirlər, rəsm, sənət əsərləri ilə daim maraqlanırlar. Və bu sahələrdə də müvəffəq olurlar. Ümumiyyətlə, göz oxşayan hər nə varsa, sevirlər. 7 rəqəmi – əsasən mənəviyyat adamlarına aiddir. 8 – Saturnun təsiri altındadır və bu rəqəm altında doğulanlar fizika, kimya, riyaziyyat və tibb sahələrində bacarıqlı olur. 9 isə qırmızı planet – Marsın təsirindədir. Bu insanlar istedadlı, bilikli cərrah, mühəndis, hərbi mütəxəssis, inşaat və əmlak işlərində uğur qazanırlar. Onlar həm də bacarıqlı hotel idarəçisi, şef-aşpaz və restoran sahibi ola bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə piyadanı avtomobil vuraraq öldürüb
21:16 18.11.2026
Hadisə
Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan
21:04 18.11.2026
Cənubi Qafqaz
Milli Məclisin sədri Türkmənistana işgüzar səfərə gedib
20:52 18.11.2026
Siyasət
Paşinyanın ən çətin sınağı başlayır - Elçin Alıoğlu
20:31 18.11.2026
Gündəm
Putinlə Tramp arasında APEC sammitində danışıq baş tutmayıb
20:10 18.11.2026
Siyasət
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya