Tarixdə iz buraxan 8 məşhur QADIN
Fidan Həmişəyeva
12:09 09.04.2021
Relaks
817
Tarixin hər səhifəsində gələcək nəsillərə ağlı və özünə inamı ilə ilham verən qadınlara rast gələ bilərik.
“Sherg.az” türk mediasına istinadən gördüyü işlərlə dünyada ilklər siyahısına düşən 8 qadının adını açıqlayır:
1.İndira Qandi
Hindistanın ilk qadın baş naziri olan İndira Qandi vəzifəsinə başladığı zaman mübarizə apararaq ölkəsini çətin anlardan qoruyaraq, parçalanmasının qarşısını alır. Uzun illər baş nazir vəzifəsini icra edən Qandi, ikinci baş nazir tituluna da sahib olur.
2. Koko Şanel
Fransız moda dizayneri və "Chanel" markasının qurucusu Koko Şanel "Moda müvəqqətidir, amma stil əbədi qalır" sözü ilə dəbə yeni bir fikir gətirdi.
3. Doroti Hodqin
Nobel mükafatı laureatı Doroti Hodqin xolesterol, penisilin, B12 vitamini və insulinin molekulyar quruluşlarının kəşfçisidir. 35 illik çalışmalardan sonra insulinin quruluşunu həll etməyi bacarıb.
4. Billi Can Kinq
Tarixin ən vacib qadın idmançılarından biri olan Billi Can Kinq tennis dedikdə ağla gələn ilk adlardan biridir. İdmanda cinsi ayrı-seçkiliyə qarşı üsyan qaldıran Billie 67 medal qazanaraq adını tarixiə qızıl hərflərlə yazdırıb.
5. Kleopatra
Tarixin ən əfsanəvi simalarından biri olan Kleopatra "Mənə qarşı bir qələbə qazandırtmayacağam” deməklə qadın gücünün canlı nümunəsinə çevrilib. 9 dil bilən kraliça Kleopatra Roma imperatoru Sezarla birlikdə bütün dünyanı idarə etməyi xəyal edirdi. Lakin İmperator Sezar öldükdə bu məqsədə çata bilmədi və 39 yaşında zəhər içərək həyatına son verdi.
6. Sabiha Gökçen
Türkiyənin ilk qadın pilotu Sabiha Gökçen eyni zamanda Atatürkün mənəvi qızı idi.
7. Mari Küri
Uğurları ilə dünyada tanınan polşalı kimyaçı və fizik Mari Küri Curie Nobel mükafatını alan ilk qadın alim kimi tarixə damğasını vurdu.
8. Susan B. Antoni
Qadınların seçki hüququ uğrunda mübarizə aparan Susan B. Antoni Amerika Qadınları Üçün Milli Səs Dərnəyinin qurulmasına rəhbərlik edib. Çalışmaları ilə qadınlara səs vermək hüququnu təmin edən maddənin konstitusiyaya əlavə edilməsinə nail olub. 1854-cü ildən sonra özünü köləliyin ləğvinə həsr edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region