Toy hədiyyəsi:40 dəvə, hovuzlu villa…
Yusif Nəzərli
08:26 19.05.2023
Relaks
1071
Nursel Erginin qızı ərəb mənşəli şəxsdən evlənmə təklifi alıb
“Kanal D”nin sevilən siması, həftəiçi hər gün kanalda yayımlanan “Gəlinim mətbəxdə” yarışma proqramının aparıcısı Nursel Erginin qızı Bengü Çınar ərəb mənşəli şəxsdən evlənmə təklifi alıb. Əhməd Yassinə Zəkəriyya isimli şəxs turizm sektorunda uğurlu iş adamı kimi tanınır. Onlar arasındakı tanışlıq Nursel Erginlə qızı Bengü Fas ölkəsində tətildə olarkən başlayıb. İş adamının Bengüyə evlilik təklifi Nursel Ergini də təəccübləndirib.
“Şərq” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, Nursel Erginlə qızı Fas tətili sırasında Agafay Çölündə safari turuna çıxıblar. Turu təşkil edən şirkətin sahibi Əhməd Zəkəriyya Bengüyə aşiq olub və ona evlilik təklif edib.
Ölkəsinin adətinə uyğun olaraq Əhməd Zəkəriyya evlənəcəyi xanımın ailəsinə 40 dəvə hədiyyə edəcəyini bildirib. Üstəlik, hovuzlu villa da bağışlayacağını deyib.
Lakin ərəb iş adamının təklifinə Ergin ailəsindən hələ cavab verilməyib. Qızına evlilik təklifi barədə danışan Nursel Ergin “biz zənn etdik ki, bu, bir zarafatdır. Lakin Əhməd ciddi şəkildə qızımla evlənmək istədiyini dedi. Qızım qəbul etmədi.
Qəbul etmiş olsaydı, 5 gün ərzində toy hazırlıqlarına başlayacaqdılar. Amma qızım hazırda evlilik barədə düşünmür. İşinə bağlıdır, çalışır. Nə deyim, onun barəsində ən xeyirlisi olsun”, söyləyib. Bengü Çınar isə “bir qadın əvvəlcə özü “ayaqüstə durmağı” bacarmalıdır. Mən qadının maddi cəhətdən asılı olmasını qəbul etmirəm. Ona görə də çalışıram ki, öz işimi qurum, çalışım.
Mənim üçün pul, maddiyyat heç vaxt önəmli olmayıb. Mən sevgiyə önəm verirəm. Hazırda evlilik barədə düşünmürəm, diqqətimi işimə yönəltmişəm”, deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya