Türkiyəli ulduzlar Bakıda: “Babam azərbaycanlıdır” - FOTOLAR
04:51 27.12.2019
Relaks
696
“Eşkiya dünyaya hökmdar olmaz” serialının aktyorları paytaxtımızın qonağı olub. Oxu.Az xəbər verir ki, Nizami Kino Mərkəzində aktyorların iştirak etdiyi “Aman reis duymasın” filminin qala gecəsi keçirilib. Qalada həm filmdə, həm də “Eşkiya dünyaya hölmdar olmaz” serialında oynayan Ozan Akbaba (İlyas Çakırbeyli), Emir Benderlioğlu (Behzat), Ceren Benderlioğlu (Ömür), Hakan Karsak (Enişte), Sevinç Gürşen Kıratlı (Hatice), Sevil Akı (Emine), Ömer Kurt (Zefer), Tevfik Erman Kutlu (Tekin) iştirak edib.
Filmin rejissoru Onur Tan bildirib ki, film “Eşkiya dünyaya hökmdar olmaz” serialından tanınan xarakterlərin istirahət tətilinə çıxmaqlarından, kiçik qəsəbəyə gələr-gəlməz inanılmaz işlərə qarışmalarından və başlarına gələn digər hadisələrdən bəhs edir. Ən böyük qorxuları isə liderləri Hızır Çakırbeylinin (Oktay Kaynarça) bu olanları bilməyidir.
Oxu.Az-a danışan paytaxtımızın ilk dəfə qonağı olan aktrisa Sevinç Gürşen Kıratlı Bakını çox sevdiyini deyib:
“İnsanlarınız çox istiqanlı və qonaqpərvərdir. Sizləri çox sevdim. Bura gəlməyimizə görə xoşbəxtik. Eyni serialda oynamağımız filmin istənilən kimi olmasına şərait yaratdı. Neçə illərdir birlikdə çalışırıq. Artıq ailə olmuşuq”.
Ceren Benderlioğlu Oxu.Az-a açıqlamasında babasının azərbaycanlı olduğunu qeyd edib:
“İlk dəfə Bakıya gəlirəm. Amma öncədən azərbaycanlı sənətçilərlə birlikdə eyni layihədə oynamışıq. Babam azərbaycanlıdır. Ona görə mənim də bir tərəfim azərbaycanlı sayılır. İnanıram ki, bundan sonra tez-tez Bakıya gələcəyəm. Kamran Ağabalayev və Könül Nağıyeva ilə eyni filmdə oynamışıq”.
Aktrisa Sevil Akı Oxu.Az-a açıqlamasında ikinci dəfə ölkəmizin qonağı olduğunu bildirib:
“Bakı möhtəşəm yerdir. Ortaq film layihəsi gələrsə, qəbul edərəm. Qonorar ikinci planda qalır”.
Qeyd edək ki, filmdə oynayan aktyorlar Oktay Kaynarca işlərinin çoxluğundan, Mustafa Üstündağ isə təyyarəyə gecikdiyi üçün qalaya qatıla bilməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə
DİN motosiklet və skuter sürücülərinə xəbərdarlıq etdi
10:47 13.10.2026
İnfrastruktur
Bakıda oğul anasını bıçaqladı
10:45 13.10.2026
Hadisə
“Roşka” ləqəbli tiktokerə hökm oxundu
10:41 13.10.2026
Cəmiyyət
İsraildə hava limanında təyyarədə bomba olması xəbəri yayılıb
10:39 13.10.2026
Dünya
Bu aviaşirkətlər Səudiyyəyə uçuşları dayandırdı
10:34 13.10.2026
Dünya
“Zelenski razılaşma əldə etmək istəmir”: Trampdan AÇIQLAMA
10:33 13.10.2026
Dünya
Azərbaycanda dəmiryolçuların peşə bayramı qeyd olunur
10:28 13.10.2026
İnfrastruktur
“44” filmi ilə bağlı mətbuat konfransı keçirilib
10:24 13.10.2026
Mədəniyyət
Yuliya Pasternak vəzifəsindən ayrıldı
10:17 13.10.2026
Dünya