Vəfa borcu...
Yusif Nəzərli
20:20 14.04.2022
Relaks
1417
Ukraynalılar Antalyada küçələri təmizləyir
“Bu, bizim Türkiyəyə təşəkkürümüzdü”
Müharibə dəhşətlərindən qaçaraq Türkiyəyə sığınan ukraynalı qaçqınların Antalyada zibil toplaması sosial mediada gündəm olub. Həmin anları ukraynalı Katerina Semeriç “Türkiyəyə və türk xalqına qonaqpərvərliyə görə təşəkkür etmək istəyirik” sözləri ilə paylaşıb. Katerina 1 il əvvəl Antalyaya turist olaraq gəldiyini və burada dincəldiyini, indi isə qaçqın kimi bu ölkəyə sığındığını xatırladıb. Katerina Rusiya işğalı başladıqda yaşadıqları dəhşəti “Milliyyet.com”a anladıb. Hazırda Türkiyədə ukraynalı qaçqınların sayı 60 minə yaxındır.
Türkiyəyə sığınanlardan biri də Katerina Semeriçdir. Katerina 24 yaşındadır. Ukraynanın Çerkassı bölgəsindəndir. 8 il paytaxt Kiyevdə yaşayıb, ali təhsil alıb.
Rusiya işğalının başlandığı 24 fevral gecəsi Katerina yeni mənzilinə köçməyinin sevincini yaşayırmış. Amma anidən hər şey dəyişib. Kabus başlayıb.
Həyatı qaranlığa bürünüb. Katerina ailəsiylə bir yerdə olmaq üçün mənzildən çıxıb və valideynlərinin yaşadığı yerə gedib. Yol boyu hər tərəfdə xaos yaşandığını görüb. Qırıcı təyyarələr əhalinin başı üzərindən uçurmuş.
Çox qorxub: “O anda bir əsgərlə göz-gözə gəldik. Ağladığımı gördü, mənə gülümsədi. Əlini sinəsinə qoyub ürək işarəsi göstərdi. Onun bu hərəkəti, “bəlkə bu əsgəri bir daha görməyəcəm” duyğusu məni daha çox ağlatdı”. Katerina qaçqınların bir qismi ilə Rumıniya sərhədini keçərək Türkiyəyə gəlib. Sərhədi keçdiyini Katerina belə anladıb: “O günlərdə hələ qaçqınlar çox deyildi. Yollar nisbətən boş idi. Sərhədi tez keçdik. Sərhədi keçəndə Vətənimin arxada qaldığını düşünüb özümü xain kimi hiss etdim”. Katerina deyib ki, hazırda ailəsi də Türkiyədədir. Anası tarix müəllimidir. Atası isə orduya qatılmaq üçün Ukraynada qalıb. Nədən Türkiyəyə gəlib? Katerina Türkiyədə dostlarının olduğunu, bu ölkəni güvənli hesab etdiyini, ötən il isə Antalyada dincəldiyini xatırladıb:
“Bizə yardım edən türk xalqına təşəkkür etmək istədik. Bu səbəbdən də Antalyada zibilləri toplamağa başladıq. Bu ölkə üçün faydalı bir iş görməyimiz məni sevindirir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda üç etirazçı edama məhkum edildi
17:26 17.11.2026
Dünya
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
17:24 17.11.2026
İqtisadiyyat
Britaniya TRIPP-in təhlükəsizliyinə töhfə verə bilər - ŞƏRH
17:18 17.11.2026
Aktual
Ehtiyac meyarı ilə bağlı qanun layihəsi ilk oxunuşdan keçdi
17:09 17.11.2026
Sosial
Nazim İbrahimovun yeni fotosu heyrətləndirdi - FOTO
16:58 17.11.2026
Cəmiyyət
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
16:55 17.11.2026
Sosial
Gələn il üçün ehtiyac meyarı 314 manat olacaq
16:23 17.11.2026
Sosial
Qərb Ermənistanı Rusiya ilə üz-üzə qoya bilər - Politoloq
16:12 17.11.2026
Gündəm
Rusiyada internet kəsilib
16:06 17.11.2026
Dünya
Tramp İrana sərt xəbərdarlıq edib
15:45 17.11.2026
Dünya
Ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənişi yekunlaşdırılıb
14:57 17.11.2026
Sosial
Yazıçılar Birliyinin üzvü 3-cü mərtəbədən yıxıldı
14:49 17.11.2026
Hadisə
Naxçıvanda payızlıq taxıl əkini 2 dəfəyə yaxın artıb
14:20 17.11.2026
İqtisadiyyat
Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək
14:15 17.11.2026
Elm və Təhsil
Ukrayna 1500-ə yaxın PUA ilə Rusiyaya hücum etdi
13:52 17.11.2026
Dünya