Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Türkiyə səfirliyində olublar
09:50 17.06.2025
Reportaj
877
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Türkiyənin Azərbaycandakı səfirliyində olublar.
Şuradan Sherg.az-a verilən xəbərə görə, 15 iyun Milli Qurtuluş Günü və Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə səmimi təbriklərini çatdıran səfir Birol Akgün Azərbaycan və Türkiyə dövlətləri arasında 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətinə diqqət çəkib.
O, hər iki ölkənin media əməkdaşlığının dərinləşdirilməsi istiqamətindəki planlar barədə də məlumat verib.
MŞ sədri Rəşad Məcid səfir Birol Akgünə səmimi qəbula görə təşəkkürünü bildirib, görüşün faydalı fikir mübadiləsinin aparılması baxımından əhəmiyyətli olacağına əminliyini vurğulayıb. Şura sədri Milli Qurtuluş Gününün xalqımızın taleyindəki rolundan, Şuşa Bəyannaməsinin gələcək onilliklər üçün yol xəritəsini müəyyən edən müstəsna sənəd kimi əhəmiyyətindən söz açıb. O, eyni zamanda, Azərbaycan və Türkiyənin media həmrəyliyinin möhkəmləndirilməsinin vacibliyinə toxunub.
MŞ İdarə Heyətinin üzvləri Azərbaycanın və Türkiyənin media gündəminə dair spesifik məqamlarla bağlı fikirlərini açıqlayıb, suallarını ünvanlayıblar. Xüsusən, Türkiyənin bəzi media orqanlarında iki qardaş ölkə arasında etimada xələl gətirməyə hesablanmış yazıların yolverilməzliyi vurğulanıb, belə hallara qarşı birgə mübarizənin vacibliyi üzərində dayanılıb. Görüşdə əməkdaşlığın perspektivləri, o cümlədən, informasiya mübadiləsinin daha da gücləndirilməsi yolları və mövcud istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan gələcək fəaliyyət müzakirə edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazının bağlanmasının ağır nəticələri açıqlandı
21:55 02.06.2026
İqtisadiyyat
Tramp: ABŞ və İran arasında danışıqlar fasiləsiz aparılır
21:43 02.06.2026
Gündəm
“Ən yaxşı baş rol” mükafatı aldı
21:32 02.06.2026
Şou
Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu
20:38 02.06.2026
Gündəm
Bakıda güclü külək binanın fasadını uçurtdu - FOTO
20:29 02.06.2026
Hadisə
Ceyhun Bayramov kanadalı həmkarı ilə müzakirə aparıb
20:16 02.06.2026
Gündəm
Əfqanıstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib
19:41 02.06.2026
Gündəm
Rubio ABŞ və İran arasında razılaşma perspektivini görür
19:17 02.06.2026
Gündəm
Məsud Pezeşkian Prezident İlham Əliyevə təbrik məktubu göndərib
19:09 02.06.2026
Gündəm
İran mediası: Tehran Vaşinqtonla mesaj mübadiləsini dayandırıb
19:00 02.06.2026
Gündəm
NATO-da böyük sürpriz: Tramp Ankaraya gəlməyi planlaşdırır
18:51 02.06.2026
Gündəm
Kreml: London Avropanı Rusiya ilə qarşıdurmaya sürükləyir
18:41 02.06.2026
Gündəm
Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçirilib
18:35 02.06.2026
Gündəm