Novruz xonçası! - Qiymətlər cibə “yaraşırmı”? – REPORTAJ:"Adamı soyurlar"+ FOTOLAR
Yusif Nəzərli
12:35 14.03.2023
Reportaj
10328
Bu gün İlaxır – Torpaq çərşənbəsidir. Artıq Novruz bayramına sayılı günlər qalıb. Şəhər əhalisi həm axır çərşənbə, həm də bayram bazarlığı edir, süfrə açmağa hazırlaşır. Bayram bir tərəfdən özü ilə sevinc gətirir. Digər tərəfdən əhalinin aztəminatlı hissəsi bazarlardakı bahalaşma səbəbindən süfrəyə lazım olan təamları düzə bilməməyin kədərini yaşayır.
Şəkərbura-paxlava,
bəzək verir xonçaya.
Bahar necə yaraşır Azərbaycana...?
Bəs görəsən, qiymətlər cibimizə necə “yaraşır”? Elə bu sualla bayrama görə şəhərin müxtəlif yerlərində qurulan piştaxtalara, bir neçə mağazaya üz tutdum.
Müşahidələrimə görə, bayram bazarlığı etmək istəyiriksə, əlimiz cibimizdə olmalıdır.
Marketlərdə qiymətlər – xurma 2 manat 50 qəpik, xurma qurusu 4-5 manat, alma 1-2 manat 50 qəpik, armud 2 manat 50 qəpik- 3manat 40 qəpik, kivi 2 manat, portağal 1 manat 60 qəpik-=2 manat 50 qəpik, mandarin 2 manat 50 qəpik, nar 3-4 manat, qabıqlı qoz 3 manat 50 qəpik, qabıqlı fındıq 4 manat, badam 4 manat 25 qəpik, 300 qram kişmiş 2 manat, qoz ləpəsi 16-25 manat, badam ləpəsi 22-28 manat, ərik qurusu 12-20 manat, alça qurusu 10-15 manat, düyü 10-15 manat, mal əti 12-18 manat, “8-ci km bazarı”nda da vəziyyət dəyişkəndir: qoz ləpəsi 10-25 manat, qabıqlı qoz 3 manat, fındıq ləpəsi 10-16 manat, qabıqlı badam 18-28 manat, qreyfrut 2 manat 50 qəpik, qabıqlı şabalıd 7-8 manat, ərik 12-16 manat, iydə 6-8 manat, innab 8-10 manat, mal əti 14 manat, kişmiş 10-15 manat, ərik qurusu 12 manat, alça 9-10 manat, düyü 4 manat.
Metronun Elmlər Akademiyası stansiyası ətrafındakı yarmarkada : xurma qurusu 8 manat, qabıqlı qoz 4 manat, qabıqlı fındıq 6 manat, qoz ləpəsi 14-20 manat, badam ləpəsi 16 manat, qarışıq çərəzlər 9 manat, alça qurusu 5 manat 50 qəpik olduğu nəzərə çarpır.
Novruzun simvolu səməninin qiyməti isə 2 manatdan başlayır, ölçüsünə görə dəyişir.
Piştaxtalarda qiymətlər fərqlənir
Şəhər sakini Gülnarə Namazova "Piştaxtalarda qiymətlər fərqlənir. Bahadır", dediyi təqdirdə şəhər sakini Elnarə Nəsirova qiymətlərin normal olduğunu söyləyir.
“Məqam axtarırlar, adamı soysunlar"
Ruhiyyə Mövsümova: “İki gün əvvəl qiymətlər 2-3 manat aşağı idi. Bayram yaxınlaşdı, qiymətlər də yüksəldi”.
Nailə Abbasova: " Xaricdə çox olmuşam. Orda "Christmas" bayramı ərəfəsində qiymətlər aşağı enir. Kasıb ailənin belə bayram keçirtməsinə şərait yaradırlar. Amma bizimkilər qiyməti yüksəltməyə məqam axtarırlar, adamı soysunlar". Nailə xanımla sağollaşırdıq ki, "Həmişə sizdən qaçmışam. Bu dəfə məni tuta bildiz" -, deyərək jurnalistlərin "yaralı yerinə" toxundu.
“Özün ki, azərbaycanlı balasısan”
Piştaxtaya göz gəzdirən alıcı Rauf Feyziyevə yaxınlaşdım:
“ -Bayramınız mübarək!
-Sizinlə bahəm.
-Qiymətlər necədir, sizi qane edirmi?
-Yox, heç ürəkaçan deyil. Bütün bayramlarda qiyməti qaldırırlar. Özün ki, azərbaycanlı balasısan”.
Nə deyim, Rauf bəy, hər il bayramqabağı bahalaşan qiymətlər artıq bir ənənəyə çevrilib...
Elmlər Akademiyası stansiyası yaxınlığında yerləşən mağazalardan birinə daxil oldum. Satıcı Fuad Namazov isə alıcılıq qabiliyyətinin aşağı olmağından gileyləndi: "Quru meyvə satış yerləri çoxdur. Ona görə də, alıcılıq sıfır dərəcəsindədir. Yarmarkalardakı məhsullar ilə mağazadakı məhsullar fərqlənir. Yarmarka ucuz mal satır. Qapalı şəraitə uyğun olaraq, mağazımda qiymətlər normaldır".
“Neçəyə məcbur olur-olsun almalıyıq"
Alıcı Nuray Qədirli: "Xonça aparmalıyıq. Neçəyə məcbur olur-olsun almalıyıq".
Görünür, qiymətlər nə qədər yüksək olsa belə, hər kəs bu xoş günü qeyd etmək niyyətindədir.
Novruz dirilik, yaşam, ruzi-bərəkət bayramıdır. Bazarda satılanlardan müəyyən qədər sizə məlumat verməyə çalışdım. İndi özünüz deyə bilərsiz, qiymətlər “əl yandırır, ya yox. Süfrələrinizin hər zaman bol, arzularınızın həmişə həyata keçməsi diləyi ilə...
Hazırladılar: Aygün TAHİR
Foto: Elmar İBRAHİMLİ
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazının bağlanmasının ağır nəticələri açıqlandı
21:55 02.06.2026
İqtisadiyyat
Tramp: ABŞ və İran arasında danışıqlar fasiləsiz aparılır
21:43 02.06.2026
Gündəm
“Ən yaxşı baş rol” mükafatı aldı
21:32 02.06.2026
Şou
Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu
20:38 02.06.2026
Gündəm
Bakıda güclü külək binanın fasadını uçurtdu - FOTO
20:29 02.06.2026
Hadisə
Ceyhun Bayramov kanadalı həmkarı ilə müzakirə aparıb
20:16 02.06.2026
Gündəm
Əfqanıstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib
19:41 02.06.2026
Gündəm
Rubio ABŞ və İran arasında razılaşma perspektivini görür
19:17 02.06.2026
Gündəm
Məsud Pezeşkian Prezident İlham Əliyevə təbrik məktubu göndərib
19:09 02.06.2026
Gündəm
İran mediası: Tehran Vaşinqtonla mesaj mübadiləsini dayandırıb
19:00 02.06.2026
Gündəm
NATO-da böyük sürpriz: Tramp Ankaraya gəlməyi planlaşdırır
18:51 02.06.2026
Gündəm
Kreml: London Avropanı Rusiya ilə qarşıdurmaya sürükləyir
18:41 02.06.2026
Gündəm
Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçirilib
18:35 02.06.2026
Gündəm