ŞƏHİDİN son sözü: "Ana, narahat olma"
Yusif Sultanoğlu
13:42 19.08.2021
Reportaj
14729
Bəzən adam çarəsiz qalır, özünü sıxılmış, yox olmuş kimi hiss edir. Səsin kəsilir, rəngin qaçır, bilmirsən əlini-qolunu hara qoyasan. Elə bil kimsə köksündən ürəyini çıxarıb, bir daşla əzir. Ağlamaq istəyirsən, amma gözündən bir damla da düşmür. Bu yazdıqlarımı şəhidlərimizin doğmaları ilə söhbət edəndə ən ağrılı şəkildə yaşayıram. Nitqim quruyur, danışa bilmirəm. Onlarla ünsiyyətdə olmaq, hələ üz-üzə gəlmək çox çətindir. Yenə də fikirləşirəm... Düşünürəm ki, kaş bütün rayonları qarış-qarış dolanıb, şəhidlərimizin doğulub boya-başa çatdığı evlərdə ola bilsəydim, onların hər birini yaxından tanıyıb, tanıtdırsaydım.
İndi isə əlim cəmi bir yerə- Ağstafaya çatır, o müqqəddəs məkanlara orada gedə bilirəm.
Növbəti dəfə şəhid Elçin İbrahimovun böyüdüyü evdə ailəsi ilə həmsöhbət oldum.
Əvvəlcə sizə şəhidimizi tanıdım. Qəhrəmanımız 1995-ci ilin sentyabrın 23-də dünyaya göz açıb. İki bacının bir qardaşı, ailənin yeganə oğludur. Son Qarabağ savaşına könüllü yollanıb. Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Şuşada qəhrəmancasına şəhadətə ucalıb. Rayonun Şəhidlər xiyabanında dəfn olunub.
Elçingilin evləri birinci sinifə başladığım məktəbin qarşısında yerləşir. Mənə tanış yollarla gedirəm. Şəhidimizin özü də burada- Səadət Şükürova adına 3 saylı tam orta məktəbdə təhsil alıb. Həmin təhsil ocağının həyətində Elçinin xatirəsinə bulaq inşa olunub.
Ünvana çatıram. Şəhidimizin anası Zülfiyyə xanım bizi qarşılayır. Sakitcə əyləşirik. Elçinin dostları, onu öz qardaşıtək sevən qonşusu Ləman xanım da buradadır.
Zülfiyyə xanım, danışır, oğlu haqda məlumat verir. Elçinlə son söhbətlərini yada salır:
“Noyabrın 6-na qədər danışırdıq. Dedi, ana, narahat olma. Sadəcə telefonu şarj etmək üçün şərait yoxdur”.
Qonşusu söyləyir ki, müharibə bitib, qələbə qazananda seviniblər:
“Düşündük ki, sağ-salamat qayıdacaq. Demə, Elçin həmin gün yox imiş, şəhidlik zirvəsinə yüksəlib. O, Laçın koridorunda da döyüşüb. Savaşdan sonra silahdaşları, qazilər gəldilər, danışdılar”.
Şəhidimiz ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub. Söhbət əsnasında onları gətirirlər, şəklini çəkirəm. Sonra yenidən sükut hökm sürür. Qəribə sakitçilikdir, sanki sözlər yoxa çıxır.
Birdən dillənib, sual ünvanlayıram. Zülfiyyə xanım sözə başlayır:
“Sakit uşaq idi. Elçin haqda nə söyləsək, az olar. Ağıllı, tərbiyəli idi”.
Ləman xanım Elçindən bəhs edir. Deyir ki, gözləri hər yerdə onu axtarır:
“Sağlam getdi, tabutda gəldi. Sanki heç yox imiş kimi... Anasıgil hələ də inana bilmirlər. Son nəfəslərinə qədər də belə olacaq. Digər qonşumuz hərbçidir. Onun şəhid xəbərini eşitdik. Çox pis oldum. Lakin yalan imiş, o salamat qayıtdı. Elçinin şəhidlik xəbəri sonradan gəldi. Anasına yaralı olduğunu dedilər. Nəşi gətirilənə qədər bilmədi. Heyif ki, belə oğulu itirdik. Vətən sağ olsun. Məhəllədəki ən tərbiyəli uşaq idi. Sentyabrın 23-də doğum günüdür, ev muzeyinin açılışı olacaq. Onu tanıtmaq bizim borcumuzdur”.
Elçini hamı xoş sözlərlə anır. Dostu Asəf də onu gülərüz, mehriban bir adam kimi xatırlayır:
“Biz Elçinlə eyni sinifdə oxumuşuq. Çox yaxşı insan, gözəl dost idi. Kimsənin xətrinə dəyməzdi. Onun haqda yalnız xoş sözlər demək olar. Birgə xatirələrimiz var. Bizim üçün yoxluğu çox çətindir. Artıq bir ilə yaxındır ki, aramızda deyil. Daim onu yada salırıq”.
Söhbətimizi tamamlamalı oluram. Zülfiyyə xanımı yormaq, yarasını qanatmaq istəmirəm. Sonda igidimizin evdə asılan şəkillərinin fotosunu çəkirəm. “Allah, onun gülən üzü necə də tanışdır” deyə fikirləşirəm. Hə, o da bütün şəhid qardaşlarımız kimi doğmadır. Qəfildən, fikirdən ayılıram. Anası otaqdakı çarpayını göstərib bunun oğluna məxsus olduğunu söyləyir. Ev muzeyinin hazırlıqlarından danışır, Elçinin əşyalarını, medallarını məhz bu otaqda yerləşdirəcəyini deyir. Bir də bayraq alıb, divardan asacaqmış...
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazının bağlanmasının ağır nəticələri açıqlandı
21:55 02.06.2026
İqtisadiyyat
Tramp: ABŞ və İran arasında danışıqlar fasiləsiz aparılır
21:43 02.06.2026
Gündəm
“Ən yaxşı baş rol” mükafatı aldı
21:32 02.06.2026
Şou
Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu
20:38 02.06.2026
Gündəm
Bakıda güclü külək binanın fasadını uçurtdu - FOTO
20:29 02.06.2026
Hadisə
Ceyhun Bayramov kanadalı həmkarı ilə müzakirə aparıb
20:16 02.06.2026
Gündəm
Əfqanıstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib
19:41 02.06.2026
Gündəm
Rubio ABŞ və İran arasında razılaşma perspektivini görür
19:17 02.06.2026
Gündəm
Məsud Pezeşkian Prezident İlham Əliyevə təbrik məktubu göndərib
19:09 02.06.2026
Gündəm
İran mediası: Tehran Vaşinqtonla mesaj mübadiləsini dayandırıb
19:00 02.06.2026
Gündəm
NATO-da böyük sürpriz: Tramp Ankaraya gəlməyi planlaşdırır
18:51 02.06.2026
Gündəm
Kreml: London Avropanı Rusiya ilə qarşıdurmaya sürükləyir
18:41 02.06.2026
Gündəm
Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçirilib
18:35 02.06.2026
Gündəm