“Ümid edirik, onlar bir daha yanlış addım atmazlar" - Müşfiq Ələsgərli
Yusif Nəzərli
10:26 25.07.2023
Reportaj
7902
58 nəfər əcnəbi jurnalistə amnistiya verilməsi düzgün qərardır
Xarici İşlər Nazirliyi, Azərbaycan Mətbuat Şurası və Medianın İnkişafı Agentliyi Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş bəzi xarici media nümayəndələrinin “qara siyahı”dan çıxarılması ilə bağlı bəyanat yaydı. Bəyanatla 58 nəfərin adı XİN-in “qara siyahı”sından çıxarıldı. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, hər il onlarla şəxs adlarının "qara siyahı"dan çıxarılması üçün Azərbaycan hökumətinə rəsmi üzrxahlıq məktubu ünvanlayır və uyğun olduğu təqdirdə onların adları "qara siyahı"dan çıxarılır. Qeyd olunub ki, Azərbaycanda informasiya mühitində plüralizm mühiti əsas götürülür, yerli və xarici mətbuatın inkişafına hərtərəfli şərait yaradılır. Mətbuatın xüsusən Azərbaycan-Ermənistan münasibətləri, xarici mənfi ideoloji təsirlərə qarşı danılmaz rolu var. Bu baxımdan xarici KİV-in Azərbaycana səfərlərinin təşkili əsas istiqamətlərdən biridir.
Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli "Sherg.az"a açıqlamasında bildirib ki, torpaqlarımız işğal altında ikən ərazimizə qanunsuz səfər edən, təxribatçı informasiyalar yayan, Azərbaycan əleyhinə haqsız kampaniya aparan jurnalistlərin adları qara siyahıya salınırdı. M.Ələsgərlinin sözlərinə görə, adları "qara siyahı"ya düşmüş jurnalistlərin ölkəmizə girişinə qadağa qoyulurdu: "Bu, çox önəmli məsələdir. Çünki müharibədən əvvəl Qarabağa və işğal altındakı digər ərazilərimizə səfər etmiş əcnəbi KİV nümayəndələri həqiqəti əks etdirməyən informasiyalar yaymaqla beynəlxalq ictimaiyyəti çaşdırırdılar. Şükürlər olsun ki, Qarabağ regionu daxil olmaqla digər ərazilərimiz işğaldan azad edildi və nəzarətimiz tam bərpa olundu. İndiki halda adı "qara siyahı"da olan şəxslərin Qarabağa daxil olması imkansızdır. Azərbaycan şəffaflığın tərəfdarıdır. Hesab edirik ki, mövcud problemlər yazılmalı, işıqlandırılmalıdır. Jurnalistlərin münaqişə bölgəsində fəaliyyətinə geniş şərait yaradılmalıdır ki, reallıq ortaya çıxsın. Bu məsələdə Azərbaycanın çəkinəcəyi, ehtiyat edəcəyi heç nə yoxdur. Biz haqlı tərəfik. 30 il ərzində torpaqlarımızın azadlığı uğrunda mübarizə apardıq, indi də işğaldan azad etdiyimiz ərazilərdə sürətli bərpa-quruculuq işləri həyata keçiririk. Ötən həftə sonu Şuşada Beynəlxalq Media Forumu keçirildi. 150 xarici KİV nümayəndəsi Şuşada həm erməni vandalizminin, barbarlığın izlərini gördü, həm də Azərbaycan hökumətinin apardığı abadlıq işlərinin şahidi oldu. O baxımdan düzgün olaraq hesab edildi ki, adı əvvəllər "qara siyahı"ya düşmüş 58 nəfər əcnəbi jurnalistə amnistiya verilsin. Ümid edirik, onlar bir daha yanlış addım atmazlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazının bağlanmasının ağır nəticələri açıqlandı
21:55 02.06.2026
İqtisadiyyat
Tramp: ABŞ və İran arasında danışıqlar fasiləsiz aparılır
21:43 02.06.2026
Gündəm
“Ən yaxşı baş rol” mükafatı aldı
21:32 02.06.2026
Şou
Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu
20:38 02.06.2026
Gündəm
Bakıda güclü külək binanın fasadını uçurtdu - FOTO
20:29 02.06.2026
Hadisə
Ceyhun Bayramov kanadalı həmkarı ilə müzakirə aparıb
20:16 02.06.2026
Gündəm
Əfqanıstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib
19:41 02.06.2026
Gündəm
Rubio ABŞ və İran arasında razılaşma perspektivini görür
19:17 02.06.2026
Gündəm
Məsud Pezeşkian Prezident İlham Əliyevə təbrik məktubu göndərib
19:09 02.06.2026
Gündəm
İran mediası: Tehran Vaşinqtonla mesaj mübadiləsini dayandırıb
19:00 02.06.2026
Gündəm
NATO-da böyük sürpriz: Tramp Ankaraya gəlməyi planlaşdırır
18:51 02.06.2026
Gündəm
Kreml: London Avropanı Rusiya ilə qarşıdurmaya sürükləyir
18:41 02.06.2026
Gündəm
Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçirilib
18:35 02.06.2026
Gündəm