CHP qurultayı istintaqı: Əkrəm İmamoğlu ifadə verdi
09:56 05.05.2025
Gündəm
367
CHP-nin 38-ci Fövqəladə Qurultayında “pul qarşılığında səs verilməsi” iddiaları ilə bağlı aparılan istintaqda Əkrəm İmamoğlu ifadə verib.
Sherg.az xəbər verir ki, Ankara Cumhuriyyət Baş Prokurorluğunun, CHP-nin 2023-cü ilin 4-5 noyabr tarixlərində keçirilən 38-ci Fövqəladə Qurultayında “pul qarşılığında səs verilməsi” iddiaları ilə bağlı istintaqı çərçivəsində yeni bir inkişaf var.
Korrupsiya istintaqı çərçivəsində həbs edildikdən sonra İstanbul Böyükşəhər Bələdiyyə (İBB) Başçılığı vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlu, şübhəli qismində ifadə verib.
9 suala tək cavab
İstintaqı aparan prokuror, İmamoğluna Ankarada keçirilən CHP-nin 38-ci Qurultayı zamanı bəzi partiya nümayəndələrinə mənfəət təmin etdiyi və qurultayda qanunsuzluq etdiyi iddialarına dair 9 sual ünvanlayıb.
İmamoğlu isə bütün suallara və şahid ifadələrinə bir cavabla cavab vermək istədiyini bildirib.
Maliyyə dəstəyi iddiasını təkzib etdi
Barəsində qurultaydan əvvəl CHP lideri Özgür Özəl lehinə çalışdığı və maliyyə dəstəyi verdiyi iddialarını təkzib edən İmamoğlu, belə deyib:
“Adına şahid deyilən, amma əslində şahid olmayan eyni 3-5 nəfər hər dəfə yeni bir dosyaya yenidən çıxarılır. Ya mənə, ya da partiyama qarşı yeni bir böhtan ssenarisi ilə irəli sürülürlər.”
İmamoğlu, bəzi jurnalistləri maliyyələşdirərək Londona səyahətə apardığına, qurultaydan əvvəl şərq bölgələrindən olan nümayəndələrlə İstanbulda bir oteldə görüş keçirdiyinə və bir çox rayon bələdiyyə sədrinə Özgür Özələ səs vermələri müqabilində maliyyə dəstəyi verdiyinə dair şahid ifadələrini də rədd edib.
“Xalqın ədalət hissinə açıq xəyanətdir”
Qurultay nümayəndələri üzərində təzyiq göstərilərək seçki prosesinin manipulyasiya edildiyini qəbul etməyən İmamoğlu əlavə edib:
“Əgər bu şahidlər bu qədər əvəzolunmazdırsa, hamısını toplayıb İstanbuldakı istintaqa da göndərsinlər. Heç təəccüblənmərəm, yəqin orada da ifadələri hazırdır, bəlkə də artıq veriblər. Əsl soruşulmalı olan budur: Bu məntiqsiz ifadələri kimlər əzbərlədib, hansı dairələr bu insanlara yol göstərib? Bunu araşdırmaq əvəzinə, müstəqil olması gözlənilən ali Türk məhkəməsinin bu şəxsləri “etibarlı şahid” elan etməsi hansı hüquq anlayışına sığar?
Hüquq bir ölkənin şərəfidir. Ədalət tərəzisinin gözünə böhtan, dedi-qodu və siyasi sifarişləri qoymaq yalnız fərdlərə deyil, xalqın iradəsinə və demokratiyamıza birbaşa hücumdur. Məhkəmənin bu ağıl və vicdan xarici ssenarilərin fiqurantına çevrilməsi təkcə hüquqi çürümə deyil, eyni zamanda xalqın ədalət hissinə açıq xəyanətdir. Millətimizə ağır bədəl ödətdirən bu proses, hüququ siyasətin alətinə çevirən və bu gedişata səssiz qalan hər kəsi bu cinayətin ortağına çevirəcək bir həqiqətdir.”
İndiyədək 90 nəfər ifadə verib
Digər tərəfdən, istintaq çərçivəsində indiyədək 90 nəfər şübhəli qismində ifadə verib, 36 nəfərin isə şahidliyinə başvurulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət
Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub
14:43 15.05.2026
Gündəm
Açıq Bankçılıq sahibkarlığın inkişafında yeni mərhələdir
14:41 15.05.2026
İqtisadiyyat
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
14:41 15.05.2026
Gündəm
Paytaxt sakinlərinin diqqətinə - TƏBİB məlumat yaydı
13:56 15.05.2026
Sağlamlıq
İcra başçısı müavinini işdən çıxardı - FOTO
13:53 15.05.2026
Gündəm
Merz: Trampla mübahisə etmək mənasızdır
13:40 15.05.2026
Dünya
Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb
13:27 15.05.2026
Cəmiyyət
Temperatur düşür: Bakıya yağış yağacaq
12:47 15.05.2026
Ekologiya
Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib
12:37 15.05.2026
Gündəm
Paşinyan rusiyalı oliqarxdan üzr və 6 milyon tələb edir
12:10 15.05.2026
Gündəm