
Ermənistanda xalqın rəğbətini qazana biləcək qüvvə yoxdur - TƏHLİL
02:58 23.08.2025
Siyasət
594
Paşinyan və komandası konstitusiyanı dəyişdirmək niyyətindədir ki, Azərbaycanla sülh müqaviləsi bağlansın
Ermənistanda yeni konstitusiyanın mətni üzərində işə başlanılıb. Baş nazir Nikol Paşinyan jurnalistlərə müsahibəsində deyib ki, yeni konstitusiya layihəsi üzərində işləyirlər, hazır olanda referendum keçiriləcək. Eyni zamanda Paşinyan xatırladıb ki, administrasiyasının 2027-ci ilə qədər yeni konstitusiya qəbul etmək gündəliyi var. Paşinyan onu da bildirib ki, əgər Ermənistan Konstitusiya Məhkəməsi Ermənistan və Azərbaycan arasında imzalanması gözlənilən sülh sazişinin hazırkı Konstitusiyaya zidd olduğuna qərar verərsə, Konstitusiyaya dəyişikliklərlə bağlı təşəbbüslə çıxış etməyə hazırdır. Növbədənkənar seçkilərin mümkünlüyünə toxunan Paşinyan qeyd edib:
"Çağırışlar, rəylər var, amma bu fikirlərin əsaslılığını yoxlamaq lazımdır". Bəzi ekspertlərin qənaətincə, Paşinyan konstitusiya dəyişikliyini qeyd etdiyi dövrdə həyata keçirməyə, vaxtı daha çox uzatmağa cəhd göstərə bilər. Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə sülh bəyannaməsi imzalanıb.
Millət vəkili Razi Nurullayev bildirib ki, Paşinyanın konstitusiyaya dəyişiklik etməsi, ya da prosesin yubanması daha çox Ermənistandakı daxili vəziyyətlə bağlıdır. Deputat vurğulayıb ki, Ermənistanda daxili vəziyyət, orada müxtəlif ölkələrin maraqlarına xidmət edən, diaspordan faydalanan və qonşu dövlətlərin təsiri ilə fəaliyyət göstərən siyasi qrupların fəallaşması və bunun fonunda Paşinyanın zəifləməsi baş verərsə, təbii ki, müəyyən neqativ dəyişikliklər ola bilər. Amma çox da gözlənilən deyil:

"Çünki hazırda Ermənistanda xalqın rəğbətini qazana biləcək qüvvə yoxdur. Müxtəlif zamanlarda müxtəlif siyasi qruplar iddialı olsalar da, xalqı ətraflarına toplaya bilmədilər. Paşinyanın əhali arasında reytinqi, rəğbəti var. Reytinqi azalsa da, seçkiləri udmağa imkanları çatır. O baxımdan, referendum və konstitusiyada dəyişikliklə bağlı tarixin dəyişməyəcəyini düşünürəm. Sadəcə olaraq, il ərzində önə, yaxud geriyə çəkilməsi Ermənistan daxilindəki proseslərlə bağlıdır. Əslində, Ermənistandakı revanşist qüvvələr Paşinyanı elə halda gözdən salmaq istəyirlər ki, guya o, Azərbaycanın tələbi ilə konstitusiyanı dəyişir. Paşinyan isə iddia edir ki, mövcud konstitusiya yeni dövrün tələblərinə cavab vermir və ona görə dəyişdirilməlidir. Paşinyan özü xeyli dəyişikliklər irəli sürür. Azərbaycana və qonşu ölkələrə qarşı ərazi iddiaları da onların içərisindədir. Hansı səbəbdən olursa-olsun, bu, ermənilərin daxili işidir. Amma hazırkı Ermənistan konstitusiyasının dəyişdirilməsi çox vacibdir".
Parlamentarinin qənaətincə, görünən də odur ki, Paşinyan və komandası konstitusiyanı dəyişdirmək niyyətindədir ki, Azərbaycanla sülh müqaviləsi bağlansın:
"Çünki konstitusiya dəyişdirilməsə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması mümkün olmaz. Bütün bunlara rəğmən, Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi bağlananadək kommunikasiyaların açılması ilə bağlı müəyyən işlərin görülməsi, məsələn, sərhədlərin müəyyənləşməsi, diplomatik münasibətlərin yaradılması mümkündür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nike-dan yenilik – Toy üçün idman ayaqqabısı, baha qiymətə - FOTO
08:20 11.11.2026
İdman
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya