100 yaşlı adam öz sirrini açıqladı: “Qatıq olmadan yemək yemirəm”

Türkiyənin Yozqat vilayətinin Yerköy rayonunda yaşayan 100 yaşlı Əli Gül uzun və sağlam ömrünün sirlərindən danışıb.

Sherg.az xəbər verir ki, 1926-cı il təvəllüdlü Əli Gül sağlamlığını nizamlı həyat tərzi və düzgün qidalanma ilə əlaqələndirib. O, süfrəsindən qatığı heç vaxt əskik etmədiyini bildirib.

100 yaşlı kişi erkən oyandığını, ibadət etdiyini, işləməyi və təmizliyə diqqət etməyi sevdiyini deyib. O, uzunömürlülük üçün nizamlı qidalanma, zəhmətkeşlik və xoş niyyətin vacib olduğunu vurğulayıb.