12 yaşdan yuxarı olan uşaqlar mütləq maska taxmalıdır
01:29 14.04.2021
Sağlamlıq
863
"Uşaqların 90 faizi xəstəliyi yumşaq keçirsə də, onlar daşıyıcı olduğundan ətraf aləm üçün təhlükə hesab edilirlər"
Türkiyədə iki peyvəndin uşaqlar üçün də yararlı olduğu bildirilib. Belə ki, "Pfizer-BioNTech" vaksininin 12-15 yaş arasında, valideyni tərəfindən könüllü olaraq peyvəndlənməyə gətirilən 2 min 260 uşaq üzərində aparılan araşdırma zamanı onun simptomlu xəstələrə qarşı 100 faizlik təsirə malik olduğu və heç bir əlavə təsirinin olmadığı bəlli olub.
"Sinovac" şirkətinin istehsal etdiyi "CoronaVac" peyvəndinin 3-17 yaşlarındakı 550-dən çox uşaq üzərində aparılan peyvəndlənmə zamanı təsirli və etibarlı olduğu aşkarlanıb. Türkiyənin "Cerrahpaşa" tibb fakültəsinin professoru Kənan Midilli rəqəmlərdəki artımın səbəblərindən danışıb. O bildirib ki, uşaqların 90 faizi xəstəliyi yumşaq keçirsə də, onlar daşıyıcı olduğundan ətraf aləm üçün təhlükə hesab edilirlər. Bu səbəbdən uşaqların maska taxması virusun daha da genişlənməsinin qarşısını almaq üçün çox önəmlidir.
Həkim-pediatr Tərlan Eyyubov "Şərq"də hər iki məsələyə toxunub. Həkim qeyd edib ki, müəyyən xəstəliklər vardır ki, onlar xüsusən uşaqlar üçün qorxuludur:
"Və uşaqlarda bu xəstəliklərə qarşı immunitetin yaranması, xəstəliyin neqativ nəticələrini azaltmaq üçün bu xəstəliklərə görə peyvənd edilir. Bu, məsələnin bir tərəfi. Digər tərəfi isə epidemiya yayıldıqda kimlərsə xəstələnir, tələf olur. Kimlərsə xəstələnmir və ya xəstəliyi ayaq üstə keçirir. Xəstəliyi keçirənlər və həmçinin xəstəliyi keçirməyənlərin bir qismi isə daşıyıcı olub, digərlərini yoluxdura bilər. Həm xəstəlik hallarının, həm də xəstəliyin yayılmasının qarşısının alınması üçün peyvənd olunması çox vacibdir. Ancaq bu virus yeni olduğundan, buna qarşı peyvənd də yeni yaradılıb. Lakin uşaqlar üzərində bu peyvəndin effektivliyi və təhlükəsizliyi hələ də tam öyrənilmədiyindən uşaqlarda istifadə olunması ləngiyir. Ona görə də hesab edirəm ki, ilk növbədə onun təhlükəsizliyi müəyyənləşməlidir və ondan sonra uşaqlara vurulması daha məqsədəuyğun olar".
T.Eyyubov uşaqların maska taxması məsələsinə də toxunub:
"Maska taxılarkən burada yaş xüsusiyyətləri nəzərə alınır. Bildiyimiz kimi, 12 yaşdan böyük uşaqlar maska taxmalıdır. Amma 6-12 yaş arası uşaqlar üçün - yaşadığı arealda xəstəliyin nə dərəcədə yayılması, uşağın maskanı düzgün və təhlükəsiz formada taxa bilmək ixtiyarında olması, onların psixososial inkişafi nəzərə alınmaqla taxa da bilər, taxmaya da. Altı yaşadək uşaqlardan isə həm təhlükəsizlik, həm onların psixososial inkişafı baxımından (dəcəllik, nadinc olması) maska taxmaq tələb oluna bilməz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağ Ev tarix açıqladı: ABŞ seçkilərədək İrana hücum etməyəcək
22:24 22.10.2026
Gündəm
“Real Madrid” Arda Gülərlə 2031-ci ilədək müqavilə imzalayır
22:08 22.10.2026
Futbol
Rusiya XİN Netanyahunun ittihamlarına cavab verdi
21:59 22.10.2026
Gündəm
Fransanın bir sıra şəhərlərində bütün nümayişlər qadağan edilib
21:41 22.10.2026
Aktual
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
21:01 22.10.2026
Futbol
Vətən müharibəsi qazisi qətlə yetirildi
20:50 22.10.2026
Hadisə
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir
20:33 22.10.2026
Dünya
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya
Bakı ilə sülh olmadan sərhəd açılmayacaq - Hasan Oktay
18:25 22.10.2026
Cənubi Qafqaz
Türkiyədə Hüseyn Cavidin “Pyeslər” kitabı nəşr olundu
18:12 22.10.2026
Ədəbiyyat