“Bu isə yüksək hərarət, halsızlıq, əzələ ağrıları, öskürək, bəlğəm kimi əlamətlər yaradır”
“Xəstəliyin qripə bənzər cəhətləri olsa da, insandan insana keçmir”
"Kondisionerdən "Legionellez" adlanan və ağciyərlərin iltihabına səbəb olan xəstəlik yoluxa bilər. Xəstəliyin törədicisi “Legionella pneumophilla” adlanan mikrobdur. Əlamətləri isə burun axması, qızdırma, tərləmə, üşütmə və öskürəkdir". Bu sözləri həkim- infeksionist Vüsalə Yaşar deyib. O, bu mikroba yoluxmamaq üçün kondisioner işləyən otağın havasını tez-tez dəyişdirməyi məsləhət görür.
Əks təqdirdə otaqda bakteriyaların və tozların toplanır ki, nəticədə nəfəs çatışmazlığı, asma, allergik qrip və s. xəstəliklər törəyir:
"Kondisionerlər havadakı ionları öldürür. Otaqdakı yüngül elektro-mənfi oksigen ionları kondisioner işlədiyi vaxt ölür. Kondisioner işlədikcə, ondan yavaş-yavaş otağa freon tipdə qaz buraxılır. Bu isə qapalı yerdə insana təsir edir.
Buna görə də, kondisioner havasında uzun müddət qalmaq olmaz. Həkimlər tövsiyə edirlər ki, normal iş şəraitində kondisionerin temperaturu 20-22 dərəcə olmalıdır.
Yenə də bu cihazdan bütün gün istifadə etmək məsləhət görülmür. Gecə yatanda isə ümumiyyətlə, kondisioner söndürülməlidir. Kondisionerin hava vuran yeri insanın üstünə yönəlməməlidir. Həmin hissəni tavana tərəf yönəltmək lazımdır".
Mütəxəssislərin sözlərinə görə, “Kondisioner xəstəliyi” adlandırılan “legionelloz” xəstəliyi yay aylarında insanaların əsas probleminə çevrilir. Bu xəstəlik kondisionerlərin təmizlənməməsi nəticəsində yaranır.
Təmizlənməmiş kondisionerlərdəki toz qatı havaya yayılandan sonra onu udan insanın ağciyərlərində göbələk yaranır. Bu isə yüksək hərarət, halsızlıq, əzələ ağrıları, daha sonrakı müddətdə öskürək, bəlğəm, dərin nəfəs alma istəyi kimi əlamətlər yaradır. Xəstəliyin qripə bənzər cəhətləri olsa da, insandan insana keçmir.