“Ona görə xüsusilə ürək xəstələri koronavirusdan qorunmalıdır”
“Yoluxandan sonra da mütləq xüsusi müalicə olunmalıdırlar”
“Həmin qan durulaşdırıcı iynələr vurulmalıdır ki, infrakta yol açmasın”
Alimlərin qənaətincə, COVID-19-un fərqləndirici xüsusiyyəti sürətli yoluxma, ağciyərin ağır zədələnməsi və qan laxtalanmasının pozulmasıdır. Onların sözlərinə görə qanın laxtalanma sisteminin pozulması infarkt, insultla nəticələnir. Eyni zamanda dərin venaların trombozu və tromboembolizmin inkişafına səbəb olur.
Həmçinin bildirilir ki, koronavirusa yoluxmanıın səbəbindən kardioloqlara çağırışların sayı da artıb. Bununla yanaşı xəstələrin arasında infrakt hallarının çoxalması xüsusi vurğulanır. Yəni koronaviriusun yol açdığı xəstəliklərdən biri də infraktdır.
Məsələni “Sherg.az” şərh edən kardioloq Günel Kərimova deyib ki, infrakt riski hər xəstədə artmır:
“Əsasən ürək problemlərindən, şəkərli diabetdən əziyyət çəkən xəstələrdə laxtalanmalar müşahidə olunur. Koronavirus da qanın laxtalanmasına təsir göstərir. Bu səbəbdən də insanların profilaktik tədbir kimi qan durulaşdırıcı dərman içmələri tövsiyə edilir.
Koronavirusun tromb əmələ gətirmək xüsusiyyəti var.
Hətta tədqiqatlar göstərir ki, insanlar bu səbəbdən rəhmətə gedir.Təkcə infrakt yox, ağ ciyərdə tromb əmələ gəlir nəticədə xəstə dünyasını dünyasını dəyişir. Bu infeksiya orqanizmdə tromb əmələ gətirmə prosesini artırır.
İnfraktın da əmələ gəlmə səbəblərindən biri budur. Məsələn bir dəfə infrakt keçirmiş xəstə koronavirusa yoluxanda təkrar infrakt keçirə bilər.
Ona görə xüsusilə ürək xəstələri koronavirusdan qorunmalıdır. Qan durulaşdırıcı içməlidirlər. Yoluxandan sonra da mütləq xüsusi müalicə olunmalıdırlar. Həmin qan durulaşdırıcı iynələr vurulmalıdır ki, infrakta yol açmasın”.