Pandemiya dövründə çoxları virusdan, onun ağırlaşmalarından qorunmaq, qanda tromb yaranmasının qarşısını almaq, qanı durultmaq məqsədi ilə aspirin qəbul edir. Amma mütəxəssislər bunun bir çox risklərinin olacağına dair xəbərdarlıq edirlər.
e-tibb.az bildirir ki, Türkiyənin Hacettepe Universitetinin Uşaq infeksion xəstəlikləri kafedrasının rəhbəri, professor Mehmet Ceyhan koronavirus (Covid-19) diaqnozu qoyulmayan şəxslərin qan durulducu olaraq aspirin içməsinin ölümə səbəb olacağına dair xəbərdarlıq edib. Mehmet Ceyhan deyib ki, koronavirusla aspirin istifadəsi riski arasında bağlılıq olmasına dair konkret dəlil olmasa belə, bu, fərqli bir haldır. Onun sözlərinə görə, uzum müddətli aspirin qəbul edən şəxslər qrip keçirdiyi halda Reye sindromu (Reyn sindromu) deyilən bir xəstəliyin riskinin artığı şoxdan məlumdur. Təəssüf ki, bu, müəyyən bir mərhələdən sonra yüz faiz ölümə səbəb olan, heç bir müalicəsi olmayan bir xəstəlikdir. Həkim qeyd edib ki, əvvəllər bu halın ancaq uşaqlarda olduğu güman edilirdi, amma son illərdə məlum oldu ki, yetkinlərdə də bu hallar olur: "Uzunmüddətli aspirin qəbul edən müəyyən xəstə qrupları var ki, onlara mütləq qrip peyvəndi etmələrini tövsiyə edirik".
Qrip əsnasında qəbul edilən aspirinin xəstəliyin riskini artırdığını bildirən həkim deyib ki, qrip geçirən biri aspirin qəbul edirsə bu xəstəliyin riski 35 dəfə artır, qaraciyər çatışmazlığı, beyində şişməyə səbəb olan çox ağır bir mənzərə ortaya çıxır.
Professor qeyd edib ki, Covid-19 diaqnozu qoyulubsa, həmin şəxsin aspirin qəbul etməsində çox da mühüm bir problem yoxdur. Amma virusdan qoruyucu olaraq insanlara aspirin vermək və ya temperatur olan kimi, test etdirmədən COVİD-ə yoluxub deyə aspirin qəbul etməsi düzgün deyil. Çünki hazırda qrip mövsümü başlayıb, belə şəxslər qrip də ola bilər deyə risklər yaranar. Onun sözlərinə görə, qoruyucu olaraq və ya hərarət olan kimi aspirin qəbul etmək qeyd olunan ağır xəstəliyin riskini artırır. Odur ki, test olunub, koronavirus diaqnozu qoyulmayan şəxslərin qan durulducu olaraq aspirin qəbul etməsi indiki dövrdə problemlidir.
Professor onu da deyib ki, koronavirus diaqnozu qoyulan uşaqlara qan durulducu olaraq aspirin yox, başqa dərmanlar təyin edirlər: "Mənim ətrafımda olanlar isə sanki koronavirusdan qoruyurmuş kimi aspirin qəbul edirlər. Bu, çox risklidir".