Türkiyədə son sutkada koronavirusdan 185 nəfər ölüb


Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 185 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib. 

Nazir qeyd edib ki, son 24 saatda 168 212 nəfər koronavirus testindən keçib, 6439 xəstənin COVID-19 testi pozitiv çıxıb, ümumilikdə isə simptomları müəyyən edilməyən xəstələrlə birlikdə 29 281 nəfər COVID-19 şübhəlisi olaraq qeydiyyata alınıb.  

Ağır xəstə sayı dünənlə müqayisədə 108 nəfər artaraq  5011 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 494 351 nəfər COVID-19 infeksiyasına yoluxub, onlardan 13 558 nəfəri ölüb.