“Əvvəlcə, elə bilirlər, tibb işçiləri, dövlət nağıl danışır”
“Yoluxanda, nəfəs darlığı olanda ciddiyə alırlar. O zaman hər şey üçün gec olur”
Yoluxanda, nəfəs darlığı olanda ciddiyə alırlar. O zaman hər şey üçün gec olur. Təhlükəni hər kəs hiss etməlidir. Hətta çoxu deyir ki, koronavirus infeksiyasi varmı? Amma yoluxandan sonra belə düşünmür. Artıq nəfəs çatışmazlığı olanda, halı qalmır ki, virusun varlığını müzakirə etsin. Onda qəbul edir ki, infeksiya doğrudan da var. O zaman da gec olur. Ölüm gəlib, çatır”.
Hər gün koronavirus infeksiyasına yoluxanların sayı artır. Vəziyyət doğrudan da ağırdır. Hələ aylar öncə insanları qaydalara əməl etməyə çağırır, maarifləndirici yazılar yazırdıq. İndi də bu işə davam edirik.
Lakin durumun kritik olduğunun fərqindəyik. Artıq yaxınlarımız, tanıdıqlarımız görünməz bəlanın pəncəsinə keçir. Hətta millət vəkilləri belə COVİD-19 virusuna yoluxub. Milli Məclisin 15 deputatı bədnam pandemiyadan əziyyət çəkir. Onlar müalicələrini evdən davam etdirirlər.
Bir sözlə mübarizə apardığımız virus çox təhlükəlidir. Hamı bir nəfər kimi onun ölüm riskini dərk etməli, özünü və ailəsini qorumalıdır.
Koronavirus cəbhəsindəki son durumu “Sherg.az”a dəyərləndirən infeksionist-hepatoloq Sakit Hümbətov deyib ki, bu infeksiyanın əsas müalicə üsulu vaksinasiyadır:
“Peyvəndə qədər vəziyyət belə olacaq. Görülən tədbirlər xəstəliyin intensivliyini aşağı salmaq üçündür. Gün ərzində yoluxma 5 min, 2 min və ya 3 yüz olsun fərq etmir.
Bunlar təbii dalğalar deyil, sünidir. Biz dalğanın intensivliyini azaldırıq. Təkrar edirəm yalnız vaksinasyadan sonra virusun kökü kəsilə bilər.Ya da hamı yoluxub, qurtarmalıdır. Bunun başqa, xüsusi üsulu yoxdur. Görülən işlər intensivliyi aşağı salır, bu da bizə dalğa şəklində görsənir”.
S.Hümbətov, həmçinin insanlara tövsiyələrini çatdırıb:
“Yalnız koronavirusa aid deyil. Söhbət soyuqdəymənin simptonlarından gedir. Kim özündə əzginlik, temperatur, yorğunluq və sair kimi əlamətlər hiss edirsə, dərhal izolyasiya olunmalıdır.
Bununla birlikdə o həm başqalarını yoluxdurmur, həm də xəstəliyi yüngül keçirdir. Bir də 814-ə, TƏBİB-in qaynar xəttinə zəng vuraraq, COVİD üçün analiz verməlidir.
Onu da deyim ki, xəstəxanalar da məhdud saydadır. Gündə 3 min yoluxma olanda onları yerləşdirmək mümkün deyil. Bəzən tədbirlər virusun yayılma sürətini aşağı salır. İnsanlar görürlər ki, bir hal müşahidə edilmədi. Elə bilirlər tibb işçiləri, dövlət nağıl danışır. Yoluxanda, nəfəs darlığı olanda ciddiyə alırlar.
O zaman hər şey üçün gec olur. Təhlükəni hər kəs hiss etməlidir. Hətta çoxu deyir ki, koronavirus infeksiyasi varmı? Amma yoluxandan sonra belə düşünmür.
Artıq nəfəs çatışmazlığı olanda, halı qalmır ki, virusun varlığını müzakirə etsin. Onda qəbul edir ki, infeksiya doğrudan da var. O zaman da gec olur, ölümlə çarpışırlar”.