Tibb Uzmanı: "Xəstəxanalarda yatan xəstələrin 40 faizi məhz bu səbəbdən həyatını itirir"
Həyatını itirən xəstələr arasında aparılan araşdırma nəticəsində koronavirusun nədən ölümcül olma səbəbləri ortaya çıxıb. "Şərq"in məlumatına görə, aparılan tədqiqatlar zamanı məlum olub ki, virus təkcə ağciyərə deyil, bütün orqanlara mənfi təsir göstərir. Koronavirusun orqanlara mənfi təsir göstərməsinin əsas səbəbi qanda əmələ gələn laxtalanmadır.
Çünki damarlardakı laxtalanma və tıxanma toxuma itkisinə səbəb olur. Bu səbəbdən də orqanlar oksigen çatışmazlığından zədələnir. Əldə edilən son məlumatlara görə, onlar trioridlərə belə mənfi təsir göstərirlər.
Tibb Uzmanı Prof. Dr. Nevzat Alkan koronavirusun təkcə ağciyərlərə deyil, o cümlədən beyin, böyrəklərə, qaraciyərə və bir çox orqanlara ciddi şəkildə mənfi təsir göstərdiyini vurğulayıb. Kardioloq Uzmanı Prof. Dr. Selen Yurdakul isə bildirib ki, xüsusilə xəstəxanalarda yatan xəstələrdə damar tıxanmaları baş verir ki, bu da infarkta səbəb olur. O əlavə edib ki, xəstəxanalarda yatan xəstələrin 40 faizi məhz bu səbəbdən həyatını itirir.