Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 218 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda koronavirus testindən 181 199 nəfər keçib, simptomları müəyyən edilməyənlərlə birlikdə 26 919 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.
Ağır xəstə sayı 5973 olub.
Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 1 836 728 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 1 603 780 nəfər sağalıb, 16 417 nəfər isə ölüb.
F.Qoca COVID-19 infeksiyasına yoluxma və bu xəstəlikdən olan ağır xəstə sayında azalma müşahidə olunduğunu vurğulayaraq bildirib ki, əhali peyvənddən faydalanana qədər qapalı və kütləvi yerlərdə profilaktik tədbirlərə düzgün əməl etsin.