Dünyaya qırmızı pullar hökmranlıq edəcək
Məşhur bolqar görücü Vanqanın ölümündən 24 ilə qədər vaxt keçir. Amma hələ də onun proqnozları müzakirə olunur.
“Şərq” xarici mediaya istinadən xəbər verir ki, Bolqar görücü Rusiya Prezidenti Putinə sui-qəsd olunacağını, Trampın isə ağır xəstəliyə tutulacağını bildirib. Bolqar görücünün fikrincə, bu il Avropa iqtisadiyyatına da düşərli olmayacaq.
O bildirib ki, 2021-ci ildə dünyanı 3 nəhəng idarə edəcək, qırmızı pulları olanlar planetə hökmünü göstərəcək. Hesab olunur ki, 3 nəhəng deyəndə Rusiya, Çin və Hindistan nəzərdə tutulur. Çin yuanının 100-lüyü, Rusiya rublunun 5000-liyi qırmızı rəngdədir.
Vanqa bildirib ki, bəşəriyyət yaxın 200 ildə yadplanetlilərlə ünsiyyət quracaq, kainatda həyat kəşf ediləcək və dünyada birdən-birə həyatın necə başladığı görüləcək. Həyatda ikən iki dünya müharibəsinə şahidlik etmiş Baba Vanqaya görə, qiyamət 5079-cu ildə olacaq.
Bundan əlavə, Vanqa 2021-ci ildə insanlığın xərçəngdən qurtulacağını və bu bəlaya dərman tapılacağını deyib.
Qeyd edək ki, Vanqanın indiyədək dünyada baş vermiş bir çox mühüm hadisələri – 11 sentyabr hücumu, şahzadə Diananın ölümü, “Ərəb baharı”, İŞİD, “Brexit” sazişi, Paris Notr-Dam Kilsəsindəki yanğını qabaqcadan xəbər verdiyi deyilir.