İspaniyada ilk peyvənd qocalar evinin 96 yaşlı sakininə vurulub

"Çox yaxşı, təşəkkürlər. Gəlin görək, virusun getdiyinə əmin ola biləcəyikmi?”

Bu gün İspaniyada COVID-19-a qarşı peyvəndlərin vurulmasına başlanılıb.

Medicina.az xəbər verir ki, peyvəndin vurulması dövlət televiziyası TVE tərəfindən canlı yayımlanıb. İlk peyvənd qocalar evinin 96 yaşlı sakininə vurulub.

Peyvənd vurulan Araceli Rosario Hidalgo Sanchez 1924-cü ildə anadan olub və 2013-cü ildən bəri Guadalajaradaki Olmos qocalar evində yaşayır. Onun bir qızı, bir oğlu, dörd nəvəsi var.

O, peyvənddən sonra bunları bildirib:

"Çox yaxşı, təşəkkürlər. Gəlin görək, virusun getdiyinə əmin ola biləcəyikmi?”.

Bu gün İspaniyadakı digər qocalar evlərindəki tibb bacılarına da peyvənd vurulacaq.