Oksfordun hazırladığı peyvənd bu tarixdən tətbiq ediləcək


Böyük Britaniyanın Oksford Universiteti və əczaçılıq şirkəti “AstraZeneca”nın hazırladığı COVİD-19 peyvəndi 2021-ci il yanvarın 4-dən tətbiq ediləcək.

Axar.az xəbər verir ki, Britaniya hökuməti peyvəndin yaxın iki həftə ərzində insanlara vurulacağını açıqlayıb. Peyvəndlənmə prosesi könüllülük prinsipi əsasında həyata keçiriləcək.

Qeyd edək ki, sentyabr ayında Oksford Universiteti və “AstraZeneca” əczaçılıq şirkəti tərəfindən birgə hazırlanan peyvəndin sınaqlarının son mərhələsində mənfi reaksiya verdiyi üçün dayandırılmışdı, lakin sonradan aparılan araşdırmalar zamanı problem aradan qaldırılıb.