Yaxınlarını itirənlər heç nə ilə təsəlli tapa bilmir

Həkim: “COVİD-19 xəstəsinin boğulmasının 80 faiz səbəbi əslində psixolojidir” 


“COVİD-19 səbəbindən bir çoxunda panik atak var. Müraciətlərin çoxunda baxırsan ki, bu pasientə əslində psixoloq yardımı lazımdır”.

Bu sözləri "Şərq"ə açıqlamasında anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Həkim qeyd edib ki, koronavirus səbəbindən həyəcan, xəstəlikdən qorxu həddən artıq çoxalıb:

“COVİD-19 xəstəsinin boğulmasının 80 faiz səbəbi əslində psixolojidir. Bilirsiz niyə? İnamsızlığa görə. İlk olaraq həkimlərə, səhiyyəmizə inanmırlar. Ateistlər də insanların olan-qalan ümidini, təsəllisini məhv edib, beləcə Allaha da inanmırlar.

Yaxınlarını itirənlər heç nə ilə təsəlli tapa bilmir. Hətta yaxınları ağır vəziyyətdə olanlar elə bilirlər COVİD-19 reanimasiyasından sağ çıxmaq təyyarə qəzasından sağ çıxmağa bənzəyir.

Xəstələriniz hazırda reanimasiyadadırsa səbrli, təmkinli olun, və şad xəbərlər gələcəyinə inanın”.