Koronavirus ən çox  mərkəzi sinir sistemini hədəf alır və ona zərbə vurur


Farmakoloq Aleksandr Ediqer koronavirus keçirən insanın orqanizmində ən çox hansı orqanın əziyyət çəkdiyini açıqlayıb.

Onun sözlərinə görə koronavirus mərkəzi sinir sistemini hədəf alır və ona zərbə vurur:

"Xəstədə sağalandan sonra belə ağır astenik sindrom qalır, yaddaş, diqqət pozulması, yorğunluq, depressiya. Bu günə mərkəzi sinir sisteminin işində pozulmalar birinci yerdədir".

Virus damarları, ən xırda kapilyarları zədələyir. Bu diabet xəstələrində olan neyropatiya və angiopatiyaya bənzəyir. Damarların elastikliyi pozulur, iltihabi proses gedir. /medicina.az