“Britianiya ştammının ciddiliyi onun vaksinə reaksiyasından asılı olacaq”
“Mutasiya koronavirusun yalnız çoxalmasına təzyiq göstərir. Virusun başqa xüsusiyyətinə təsiri yoxdur”
Koronavirusun Britaniyada qeydə alınan yeni növü getdikcə daha getdikcə yayılma sürəti və arealını artırır. Bu səbəbdən Londonda və Britaniyanın cənub-şərqində özünütəcrid rejimi tətbiq edilib. Məsələn İsveç, Slovakiya, Türkiyə, Gürcüstan və İranda “Britaniya ştammı”na yoluxma halı qeydə alınıb.
İranın səhiyyə naziri Səid Nəməki bildirib ki, koronavirusun Britaniyada aşkar olunan ştammına krallıqdan qayıdan həmvətənləri də yoluxub:
“Bu, İranda ilk hadisədir”
Xüsusilə də İran və Gürcüstanda yeni formanın aşkarlanması Azərbaycan üçün təhlükənin uzaqda olmadığından xəbər verir.
Mövcud durumu “Sherg.az”a şərh edən infeksionist-hepatoloq Mərdan Əliyev deyib ki, Britianiya ştammının ciddiliyi onun vaksinə reaksiyasından asılı olacaq:
“Əgər peyvəndə yaxşı cavab verəcəksə, problem yoxdur. Böyük ehtimalla yaxşı olacağı gözlənilir. Ona görə porblem yaranmamalıdır. Mutasiya koronavirusun yalnız çoxalmasına təzyiq göstərir. Virusun başqa xüsusiyyətinə təsiri yoxdur”.