"Koronavirusu müalicə edən heç bir dərman yoxdur" - Yoluxucu xəstəliklər üzrə mütəxəssis

"Əczaçılıq şirkətləri isə böyük miqdarda qazanc əldə etməyə tələsirlər"


“Koronavirusun xüsusi müalicəsi olmadığını və bu sahənin inkişaf etdirilməyəcəyi fikrindən imtina etmək insanlar üçün çox çətindir. Xatırlatmaq istəyirəm ki, müasir tibbin arsenalında əhəmiyyətli dərəcədə effektivliyi olan antiviral dərmanlar çox azdır və ya demək olar ki, yoxdur. Bu sahədə yeganə böyük uğur hepatit C və QİÇS üçün dərmanların hazırlanmasıdır. Ancaq dərmanlar QİÇS-i müalicə etmir, sadəcə virusun bədəndə çoxalmasını ləngidir. Cəmiyyətin hər hansı bir dərmanı, çox təsirli olmadığı halda belə qəbul etməyə hazır olduğundan istifadə edərək, əczaçılıq şirkətləri böyük miqdarda qazanc əldə etməyə tələsirlər”.

Sherg.az xəbər verir ki, bunu pediatr, yoluxucu xəstəliklər üzrə mütəxəssis, Həmid Hacıağayev deyib. Həkim bildirib ki, indiyədək hər hansı dərman suçiçəyi xəstəliyini bilinən müddətdən daha tez müalicə edə bilməyib: 

"Yaxud hansı dərman qızılçanın müddətini azaldıb? Panikada olan bir insan asan hədəfə çevrilir. Belə bir dövrdə istehlak xüsusiyyətləri aşağı olan bir dərmanın satışına başlamaq - çox böyük mənfəət əldə etmək deməkdir”.

Həkim qeyd edib ki, bu günə qədər koronavirus xəstəliyini müalicə etmək üçün, xüsusən də birbaşa virusun özünə qarşı mübarizə aparmaq üçün hazırlanmış bir dənə də olsun dərman yoxdur. Hal-hazırda COVİD-19 infeksiyasının müalicəsi üçün istifadə edilən dərmanlar, başqa məqsədlər üçün hazırlanmış və əksər hallarda bu məqsədlər üçün belə istifadəsi əsaslandırılmayan dərmanlardır. Xüsusən də dərman bazarı, əlbəttə ki, indi trenddə olan və böyük satışlara sahib olan müxtəlif “fufloferonlarla” doludur.  Əlbəttə ki, inanılmaz sərmayələrlə antivirial dərmanlar külli miqdarda alınmağa başlayıb. Həqiqət kimə lazımdır? Üstəlik, qiyməti süni olaraq şişirdilmiş olsa da, satışı yenə dayanmadı. Bütün bunlar insan sağlamlığına qarşı cinayətdir”.