Virusun yeni növü daha çox uşaqları yoluxdurur, ancaq ölüm riski yoxdur - Pediatr    

"Koronavirusun yeni ştammı ötən ilin dekabr ayında  İngiltərədə aşkar olunub. Virusun yeni növü COVİD-19-dan fərqli olaraq  uşaqları daha çox yoluxdurur" .

Sherg.az xəbər verir ki, bu sözləri həkim-pediatr Nurəngiz Hacızadə deyib. Həkimin sözlərinə görə, səbəb isə COVİD-19-un ACE 2 reseptoru ilə birləşməsi və sonra hüceyrəyə daxil olmasıdır:

"ACE2 reseptoru  daha çox böyük adamların burun boşluğu və əsnəyində olur. Ona görə də, yaşlılar daha çox yoluxurdu. Yeni virusun hüceyrəyə daxil olması indi daha asandır.  Ona görə də, yeni virus uşaq orqanizmə asanlıqla daxil ola bilir. Virusun yeni növünə daha çox 7-11-ci sinif şagirdləri arasında aşkar edilib və ölüm halları indiyədək qeyd alınmayıb". 

 Həkim vurğulayıb ki, ümumiyyətlə, yeni virusdan ölüm  halları qeyd edilməyəcəyi də proqnoz edilir: "Bundan başqa yeni virus artıq ağciyəri deyil, bağırsağı zədələyəcək. Onun əlamətləri  rotavirusa bənzəyir. Yəni uzunmüddətli ishal durumu, qusma və  40 dərəcədən yüksək olan temperatur müşahidə olunmaqdadır. Düşünürəm vaxtında aparılan tədbirlər ciddi fəsadların qarşısını alacaq.  Ümumiyyətlə, hər bir evdə "Reqidron" olmalıdır. Bu preparat yeni virusun müalicəsində effektli təsirə malikdir ".