Yeni ştamm bəlkə də var

Qorxu ilə nə özünüzü, nə də uşaqlarınızı yükləyin

Virusun yeni ştammını bilmək üçün gərək hər xəstə uşaq test edilsin


“Ehtimal var ki, növbəti dalğanın sahibi mutant virus uşaqları yoluxdurmaq uçun xüsusi reseptora ehtiyac duymayacaq və daha çox uşaqları və gəncləri yoluxduracaq”. Bunu feysbuk hesabında pediatr Aytən İsmayılzadə yazıb. Pediatr qeyd edib ki, artıq Böyuk Britaniyada bu hallar var, amma uşaqlar arasında ağırlaşma halları qeydə alınmayıb:

- Ona görə hələ qorxu ilə özumuzu yükləməyək. Hazırlıq görulurmü? Ola bilər. Çunki nəyisə öncədən proqnozlaşdırmaq çətindir. Ölkəmizdə yeni ştamm varmı,  bəlkə də var.

Bunu bilmək üçün gərək hər xəstə uşaq test edilsin. Amma edilmir. Çunki zatən bilsək belə edəcəyimiz nəsə yoxdur. Hələ ki uşaqlar xəstələnsə də, şükür ki, sağalırlar.

Həmişə olduğu kimi KRVİ diaqnozu ilə mualicə edirik, orqanizmə dəstək oluruq, ağırlaşıb-ağırlaşmayacağına nəzarət edirik. Yeni ştamm uşaqlardan böyuklərə keçə biləcək deyə yayılma artarsa, uşaq muəssisələri bağlanar. İndilik məsləhətim budur ki, böyuklər peyvənd olunsunlar. Bəlkə peyvənd yeni ştamma qarşı effektiv olar və böyuklər uşaqları yoluxdurmaz.

Uşaqları dərsdən  yayındırmaq lazım deyil, məktəbə getsinlər, bir az dəyişiklik olar onlar üçün. Onsuz da vəziyyət ciddiləşsə yenidən evdə qalacaqlar. Vəziyyət isə onlar məktəbə getdikləri üçün ciddiləşməyəcək.

Bu, virusun aqressivliyinə  bağlı olacaq. Yoxsa sadə virus kimi də ötüşüb keçə bilər. 
Pediatr məsləhət görür ki, uşaqları indidən muxtəlif vitaminlərlə yükləmək lazım deyil.  Bunun heç bir mənası da yoxdur: 

- Ola bilər ki, uşaqları yoluxduran “COVİD” özunu rotavirusdan (qusma-ishalla müşahidə olunan) artıq formada aparmaz. Belə olduqda təhlukə də olmayacaq. 

Məni narahat edən və valideynləri də narahat etməli olan bir məqam da uşaqların ümumiyyətlə peyvəndsiz qalmasıdır. Qızılca, göyöskurək, poliomielit kimi bildiyimiz ağır keçə bilən xəstəliklərin peyvəndini etməyi ləngitməyin. Əsas onların təhlukəsi böyükdür.

Dəqiq bildiyimiz budur. “COVİD” isə yeni hansı sürprizlə gələcək, onu dəqiq bilmirik.