Bir gündə 8 it tələf oldu
Türkiyədə Mehmet Ali adlı bir kişi itləri öldüyü üçün Respublika Prokurorluğuna şikayət edib.
"Şərq" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sakaryada yaşayan fermerin bir gündə səkkiz iti tələf olub. Mehmet Ali Ünlüyə aid olan itlərin ölümünə səbəb bölgəyə atılan zəhərli balıq başlarıdır. Ünlü bəzi itlərin gözlərinin qarşısında öldüyünü, habelə bölgəyə gələn canavar və çaqqal kimi vəhşi heyvanların da balıq başlarını yedikdən sonra tələf olduğunu söyləyib: "Bu nə vicdansızlıqdır. Bir canlının qəsdən öldürmək insanlığa sığarmı? Bu günahsız heyvanları məhv edənlər ən ağır şəkildə cəzalandırılmalıdır. Kədərimizlə yanaşı, hazırda 400 xırda mal-qara sürümüz də sahibsiz qalıb".
Xəbər verildikdən sonra bölgəyə gələn polislər araşdırmaq üçün ətrafda qalan balıq başlarından nümunələr götürüblər. Tədqiqat zamanı balıq başlarının zəhərli olduğu təsdiq edilib. Hadisədən sonra Ünlü ilə yanaşı digər heyvan sahibləri də Respublika Prokurorluğuna müraciət ediblər.