Alimlər bu virusu Taylandın şərqində yaşayan yarasalarda tapıblar
Yeni koronavirus növünün mənşəyini araşdıran alimlər fərqli yeni bir virus növü aşkarlayıblar.
"Şərq" xarici KİV-lərə istinadən xəbər verir ki, "Sars-CoV-2" virusuna 90 faiz genetik oxşarlığı olan bu virus Taylandın şərqində yaşayan yarasalarda tapılıb. Tədqiqatçılar "RacCS203" adlandırdıqları bu virus da daxil olmaqla, koronavirusla əlaqəli virusların bir çoxunun Asiya ölkəsində yaşayan yarasalarda olduğunu söyləyiblər.
Son əldə edilən məlumatlara görə, koronavirusun mənbəyi olduğu düşünülən həmin ərazi 4800 kilometrəyə qədər genişləndirilib. Sinqapur Universitetinin tədqiqatçıları bu yeni virusun "SARS-CoV-2"nin genetik koduna 91,5 faiz oxşarlığı olduğunu təsbit ediblər.
Hətta bu yeni virusun Çinin Vuhan əyalətində yaşayan yarasalarda tapılan yeni koronavirus növünün genomuna 93,6 faiz bənzərliyi müəyyənləşib. Bütün bunlarla yanaşı, tədqiqatçılar Cənubi Taylandda antikorları da araşdırıblar.
Antikorların pandemiya virusunu neytrallaşdıraraq təsirsiz hala gətirildiyi bildirilsə də, lakin bu durumun yeni növ koronavirusun Cənub-Şərqi Asiyada yayılmasının başqa bir sübutu olduğu araşdırılmağa başlayıb.