Azərbaycanda son sutkada 140 nəfər COVID-19-dan sağalıb
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 128 yeni yoluxma faktı qeydə alınıb, 140 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sherg.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 232123 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 226654 nəfər müalicə olunaraq sağalıb, 3180 nəfər vəfat edib, aktiv xəstə sayı 2289 nəfərdir.