Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 94 nəfər vəfat edib.
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 6287 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 6910, ağır xəstələr isə 1230 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 2 586 183 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 475 329 nəfər sağalıb, 27 471 nəfər isə dünyasını dəyişib.