İngilis riyaziyyatçısı Kit Yates hesablamalarında dünyada bütün Covid-19 xəstəliyinə səbəb olan bütün virusların bir kola qutusuna sığdığını bildirib.
Milli.Az xəbər verir ki, "The Maths of Life and Death" kitabın yazarı Yates dünyadakı bütün koronavirusların 160 millilitr həcmində olduğunu açıqlayıb.
Onun hesablamalarında virusun böyüklüyü, neçə nəfərin yoluxması və müəyyən bir zamanda orqanizmində nə qədər virusun olması da nəzərə alınıb. Belə ki, virusun ən yüksək səviyyəsində bir xəstənin bədənində 100.000.000.000 hissəciklər ola bilər. Bu say xəstəliyin 6-cı gününə aiddir.
Yatesin araşdırmasında, hər bir virusun həcmi 523.000 kub, diametri isə 100 nanometr olaraq qəbul edildi. İki kvintillona vurulan bu rəqəm 120 mililitrə qədər artdı. Virusların üst-üstə qoyulması zamanı yaranacaq boşluqları da nəzərə alaraq, dünyadakı bütün koronavirusların 160 millilitr yer tutması nəticəsinə gəlindi. Beləliklə, bu bir qutu kolanın həcmi deməkdir. /medicina.az