Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 91 nəfər vəfat edib.
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 7 945 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 7 106, ağır xəstələr isə 1 232 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 2 586 183 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 482 435 nəfər sağalıb, 27 562 nəfər isə həyatını itirib.