Daxili orqanlarında yığılmış nəhəng saç topu qızın mədəsini zədələyib.
"Şərq" xarici mətbuata istinadən xəbər verir ki, hadisə ABŞ-da baş verib. İki dəfə huşunu itirən qız xəstəxanaya gedib. Müayinə zamanı həkimlər qızın qarnının yuxarı hissəsində bir kütlə görüblər.
Həkimlər əməliyyat zamanı onun mədəsindən oval formalı, topa şəklində və 48 santimetr uzunluğunda saç çıxarıblar. Onlar saçın qızın mədəsini tamamilə doldurduğunu bildiriblər.
Müayinə zamanı məlum olub ki, qız əvvəllər trikotillomaniya (saç yığma xəstəliyindən) əziyyət çəkib. 7 gündən sonra evə buraxılan qızın sağlamlıq vəziyyətinin yaxşı olduğu açıqlanıb.