Türkiyənin Səhiyyə Nazirliyinin Elmi Şurasının üzvü professor Tevfik Özlü mutasiyaya uğramış koronavirusun Türkiyədə və dünyada daha çox müşahidə edilməyə başladığını açıqlayıb.
"Sherg.az" Sputnik Azərbaycan-a istinadən bildirir ki, professor deyib: "Hazırda mutasiyaya uğramış viruslara qarşı peyvəndlər effektivdir, lakin peyvəndlərin təsirlərində zəifləmə var. Bu baxımdan diqqətli olmaq lazımdır".
Getdikcə dünyada yeni mutasiyaya uğramış viruslar daha çox görünməyə başlayır. Artım var, bu, əlbətdə təqib edilməli bir vəziyyətdir. Çünki bu artımlar pandemiyanın yenidən artmasına səbəb olacaqmı?
Yenidən xəstə sayında artım olacaqmı? Bütün bunlar bizi narahat edir. Ümid edirəm buna nəzarət edə bilərik. Amma bu viruslara nəzarət etmək daha çətindir və yoluxması daha asandır.