İnfarkt keçirən müğənni vəfat etdi

Türk pop musiqisinin sevilən ifaçılarından olan müğənni Serpil Barlas 64 yaşında dünyasını dəyişib.
Axşam.az türk mətbuatına istinadən bildirir ki, sənətçi Beşiktaşdakı evində dünyasını dəyişib.  Yaxınları Serpilin infarktdan həyatını itirdiyini bildirib.

Müğənni Feriköy qəbiristanlığında nənəsinin yanında dəfn ediləcək.

Qeyd edək ki, 1980-ci illərdə səsləndirdiyi ifaları ilə böyük fanat ordusu toplayan Barlas, son zamanlar sosial layihələr təşkil edirdi.