Azərbaycanda koronavirusa 156 yeni yoluxma faktı qeydə alınıb

 142 nəfər COVID-19-dan sağalıb, 3 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 156  yeni yoluxma faktı qeydə alınıb,  142 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sherg.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3  nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə  233 129 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 227 761 nəfər müalicə olunaraq sağalıb, 3 198 nəfər vəfat edib, aktiv xəstə sayı 2170 nəfərdir.

Ölkədə son sutka ərzində7 236 , hazırkı dövrədək isə 2 551 116  test aparılıb.