Kalsium tarazlığı niyə pozulur və necə bərpa edilməli? – Tövsiyələr 

“D vitamini olan qidaların qəbulu lazımdır”

“Balıq, yumurta kimi məhsullara üstünlük vermək olar. Bundan əlavə açıq, xüsusilə günəşli havada gəzmək mühümdür”


Sümük sağlamlığı insan üçün olduqca əhəmiyyətlidir. Sümüklərin zəifləməsinə səbəb olan kalsium çatışmazlığı sinir və əzələ sisteminin də sıradan çıxmasına şərait yarada bilər. Bədən üçün çox vacib olan kalsium tarazlığı paratiroit ilə tənzimlənir. Qanda kalsium balansının pozulması böyrək daşı, mədə xorası, qəbizlik, ürək bulanması, qan təzyiqinin artması və unutqanlıq kimi bir çox fərqli simptomla ortaya çıxa bilər.

“Sherg.az” türk mediasına istinadən həkim-professor Ömer Uslukayanın paratiroid xəstəlikləri və müalicə üsulları haqqında məlumatı təqdim edir:
“Qanda kalsium balansının pozulması çox vaxt paratiroid hormonunun işləməməsi ilə əlaqədardır. Paratiroidin çox işlədiyi hallarda qanda kalsium dəyəri arta bilər. Bu hormonunun həddindən artıq ifrazı sümüklərdə lazım olan kalsiumun qan dövranında həll olunmasına imkan verir. Ona görə də sümük sağlamlığı üçün normasında  olan kalsium və paratiroid hormonunun tarazlığı vacibdir”.

Həkimin sözlərinə görə, bəzən insanlarda unutqanlığın səbəbi yüksək kalsium ola bilər:

“Qanda kalsium səviyyəsinin artması beyin də daxil olmaqla bütün sinir sisteminə təsir edə bilər. Dərk etmə və nitq qabiliyyətinin zəifləməsi, unutqanlıq, depressiya və əzələ zəifliyi kimi şikayətlər olur. Kalsium çox olduğu kimi, az kalsium da problemlərə yol açır. Bu baxımdan tarazlığın qorunması olduqca vacibdir. Bunun üçün ilk növbədə düzgün qidalanma şərtdir. Sümük yeyilməsinə səbəb kalsium azlığıdır, kalsium tarazlığı üçün isə tərkibində D vitamini olan qidaların qəbulu lazımdır. Balıq, yumurta kimi məhsullara üstünlük vermək olar. Bundan əlavə açıq, xüsusilə günəşli havada gəzmək mühümdür”.