Bir çoxlarının yuxu saatı pozulandan sonra yata bilmir, yuxuya getməkdə çətinlik çəkirlər.
Arizonalı bir alim isə uzunmüddətli testlər və araşdırmalardan sonra tez yuxuya gedə bilmənin sirrini bölüşüb.
Belə ki, Arizona Universitetinin inteqrativ tibb üzrə mütəxəssisi Andrey Veyl 60 saniyə ərzində yuxuya getmənin metodunu kəşf edib.
O, "4-7-8" metodundan istifadə edərək yalnız bir dəqiqə ərzində yuxuya getmənin mümkünlüyünü bildirib. Bunun üçün isə vacib olan məqam nəfəs alma tərzini dəyişdirməkdir.
Həkim A.Veyl, yuxuya getmək üçün "ən yaxşı metod" dediyi nəfəs alma texnikasını belə izah edir: "Rahatlaşdırıcı nəfəs" olaraq da bilinən "4-7-8 metodu" insanların sadəcə bir dəqiqədə yatmasına kömək edə bilər.
Qeyd edilən ritmik nəfəsalma meditasiya zamanı bundan istifadə edən hind yoqistlərindən əldə edilən əsas bir təcrübədir və bunun bir sıra faydaları var.
Metodun, əsasən, daha çox yuxusuzluğa kömək etdiyi bilinsə də, həddindən artıq stresli ağrıları sakitləşdirməyə, narahatlığı və ürək atışını yavaşlatmağa məcbur edərək qəzəbi idarə etməyə kömək edə bilir.
Texnika dörd saniyə ərzində burnunuzdan nəfəs almağı, həmin nəfəsi yeddi saniyə tutmağı və səkkiz saniyə yavaş-yavaş nəfəs almağı əhatə edir.
Sonra bunu yuxuya gedənə qədər 4 dəfə təkrarlayın".
Mütəxəssis nəzəriyyədən tədricən istifadə edib onu sinir sisteminə salana qədər məşq etməyi məsləhət bilir: "Bu, zamanla olur. "4-7-8" metodundan istifadə edənlər deyir ki, insanlar texnikanı nə qədər çox istifadə etsələr, o qədər təsirli olur".
Ağarza Elçinoğlu