Tanınmış aparıcı Zaur Baxşəliyev İnstaqram səhifəsində TƏBİB-i sərt tənqid edib.
"Sherg.az" xəbər verir ki, o TƏBİB-in ünvanına bu sözləri yazıb:
"Bu gün 24 nəfər ölüb. Allah rəhmət eləsin. Bəs niyə açıqlama vermisiz ki, onları nə üçün xilas edə bilməmisiz? Dünyada COVİD-lə mübarizə adi üsullarla aparılır. Biz niyə bu qədər insan itiririk? Axı hər şeyi koronavirusun üstünə atmaq olmaz. COVİD-dən ölüm halları qripdəkindən daha azdır. Bəs niyə insanlarımız məhv olurlar? Səbəb təkcə özünü qorumamaq deyil axı. Kimdir günahkar?! Ölüm səbəbləri haqqında niyə danışmırsız?"