Dünyanı cənginə alan koronavirus (Kovid-19) kabusu davam edərkən milyonlarla insan peyvəndlərə ümid bağlayıb.
"Sherg.az" "Hürriyet"ə istinadən xəbər verir ki, virusa qarşı hazırlanan ABŞ mənşəli"Johnson & Johnson" tək dozalı peyvəndin yan təsirləri müşahidə edilib.
ABŞ-ın Virciniya əyalətində yaşayan 74 yaşlı Riçard Terrell "Johnson & Johnson " peyvəndinin ilk dozasını tətbiq etdikdən 4 gün sonra bədəninin böyük bir hissəsinin dərisində qızartı və səpkilər meydana gəldiyini bildirib:
"Peyvənddən bir neçə gün sonra qoltuğumda narahatlıq hiss etdim. Şiddətli bir qaşınma başladı. Sonra bütün bədənimə yayıldı. Ciddi bir dəri xəstəliyi yaşadım".
Qeyd edək ki, yan təsirlər səbəbindən "VCU Medical Center North" xəstəxanasında müalicə alan Terrellin 5 gündən sonra yaxşılaşdığı və xəstəxanadan çıxdığı deyilib.
Peyvəndləmədən sonra gördüyü kabusa baxmayaraq, bunun zəruriliyinə diqqətə çatdıran Terrel, peşman olmadığını vurğulayıb və hamını peyvəndləməyə dəvət edib.