Diş çıxaran gen kəşf edildi

Yaponiyalı alimlər itirilən dişləri yenidən çıxaran gen kəşf ediblər.
Axşam.az xarici mətbuata istinadən bildirir ki, bu kəşf sayəsində artıq protez və əkilən dişlər tarixə qovuşacaq.
"USAG-1" adlı antikor dişin böyüməsi üçün lazım olan genlərin inkişaf qabiliyyətini artır və yeni dişlərin çıxmasına şərait yaradır.

“Science Advances” jurnalında yayımlanan məlumatda bu tədiqiqatın hələ ki, siçanlar üzərində aparıldığı qeyd edilib.
Alimlər hətta bunu balası olacaq siçanlar üzərində də sınayıblar. Daha sonra doğulan balalarda normal diş çıxması ilə müşahidə edilib.

Kyoto və Fukui Universitetinin alimlərinin birgə apardığı araşdırmada, bu genin doğuşdan diş problemi olan siçanlar da müsbtə nəticə verdiyi məlum olub.