Kanadalı alimlər 2015-ci ildən bu günə qədər 50-ə yaxın adamın naməlum xəstəliyə tutulduğunu açıqlayıblar.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, diaqnozu qoyulmayan xəstəlikdən indiyə qədər 5 nəfər həyatını itirib.
Alimlər onun psixoloji pozğunluq, əzələ əriməsi və diş qıcama kimi simptomlarla müşahidə edildiyini bildiriblər.
Kanada mətbuatında yayılan xəbərlərə görə, mütəxəssislər bunu “Sirli beyin” xəstəliyi adlandırıblar.
Onlar bu xəstəliyin genetik olmadığını, hava, su və qidalardan qaynaqlandığını açıqlayıblar.