Toğrul İsmayıl: "Ailəm, əzizlərim məni itirəcəklərindən çox qorxublar"

Türkiyədə koronavirusa yoluxan azərbaycanlı professor Toğrul İsmayılın səhhəti normaldır. Ankaradakı xüsusiləşdirilmiş xəstəxanada müalicə olunan həmyerlimiz özünü yaxşı hiss edir.

Sherg.az-ın məlumatına görə, Toğrul İsmayıl Yenisabah.az-a açıqlamasında xəstəliyi çətin keçirdiyini deyib.

O, qırx gündən çoxdur koronavirusun "Britaniya ştammı" ilə mübarizə apardığını bildirib:

"Hazırda reablitasiya mərhələsindəyəm. Reanimasiyadan palataya köçürülmüşəm. Rahat danışır, normal qidalanıram. Mənim üçün narahat olan dostların hamısına təşəkkür edirəm. İnşallah, tezliklə görüşəcəyik".

Professor insanları özlərini qorumağa, koronavirusa etinasız yanaşmamağa çağırıb:

"Mən bu xəstəliyi çox ağır keçirdim. Həkimlər ailə üzvlərimə hər bir varianta hazır olmağı məsləhət görüblər. Ailəm, əzizlərim məni itirəcəklərindən çox qorxublar. Belə demək mümkündürsə, ölümdən döndüm. Odur ki, diqqətli olmaq, sosial məsafəni qorumaq, maska taxmaq, gigiyenik qaydalara əməl etmək lazımdır".