“Koronavirus əleyhinə peyvənd olunmaq istəyənlərin sayı kəskin şəkildə artıb”.
“Sherg.az” TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya baş nazirinin müavini Tatyana Qolikova söyləyib. O, əhaliyə müraciət edərək “Özünüzü və yaxınlarınızı qorumaq naminə yay mövsümü ərəfəsində vaksinləşin” deyib.
Payızda peyənd olunan baş nazir köməkçisi prosesin ağrısız keçdiyini əlavə edib.