Sadəcə, düşünərək yaza biləcəklər

İflic insanların da üzünə gün dogdu

Neyrotexnologiya sahəsində çalışan "Brainscope" adlı bir şirkət, iflic olan insanlara heç bir cihaz bağlantısı olmadan, amma onların düşündüyünü tamamilə doğru yaza bilən bir kompüter hazırlayıb.

"BrainGate" texnologiyasından istifadə edərək yaradılan beyin nəzarətində olan kompüter, ilk dəfə simsiz şəkildə insan beyninə qoşulub. Adıçəkilən şirkətin bu ixtirası iflic olan şəxslərin əllərindən istifadə edə bilən insanlar kimi yazmalarına imkan verəcək.
Yazmaq üçün imkanı olmayan şəxslər həmin ixtira vasitəsilə sağlam insanların yazdığı kimi, hətta həmin sürətlə yaza biləcəklər.
 
Bunun üçün tədqiqatçılar yeni araşdırmalarında 35 və 63 yaşlarında olan iki iflic xəstədən istifadə ediblər.

Əvvəlcə onlar cihazı xəstələrin beyin neyronlarının birinə yerləşdiriblər. Oradan gələn siqnallar müvafiq dəqiqliklə ötürülür və eyni qaydada qeyd olunur. 
Qeyd edək ki, bu sistemdən iki iflic şəxs eyni anda 24 saat istifadə edə bilər.