“Qapalı məkanlarda – restoranlar və iaşə obyektlərində maska çıxarılır, lakin açıq havada maska taxmaq tələb olunur. Əlbəttə ki, paradoksol vəziyyətdir”.
Bu sözləri “Şərq”ə açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
Professor A. Qeybulla, insanların açıq havada maska taxmaq tələbinə etirazı ilə bağlı yanaşmasını haqlı hesab edir:
“Əgər söhbət karantin davranışlarından və qaydalarından gedirsə, qapalı mühitdə maska çıxartmaq imkanı olmamalıdır. Gərək elə karantin olsun ki, açıq havada da maska taxmaq zərurəti yaransın. Bir tərəfdən iaşə müəssisələri işləyir, bir nəfərin koronavirusa yoluxmuş olması kifayətdir ki, oradakıları yoluxdursun. Karantin qaydaları elə sərtləşdirilməlidir ki, tam adekvat olsun. Yəni qapalı mühit birinci nəzərdə tutulmalıdır, sonra açıq havadakı duruma keçilə bilər”.
Xatırladaq ki, sosial şəbəkə istifadəçiləri açıq havada maska qadağasına qarşı #nəfəsalaq həştəq kampaniyası başladıblar. İstifadəçilər “açıq havada maska taxdıran TƏBİB, restoranda maska çıxartdırır” kimi rəylər bildirir və mövcud duruma məntiqi cavab axtarırlar.