Sağlam arıqlamağın qızıl qaydaları - Sadalandı 

Çəki problemini estetik problem kimi görmək yanlışdır. Vacib olan budur ki, artıq çəkini sağlamlığı təhdid edən əngəl kimi düşünməliyik.
"Sherg.az" "Milliyet.com"a istinadən sağlam arıqlamanın qaydalarını açıqlayır:

1. Səhər yeməyi yemək mütləqdir
Səhər yeməyi günün ən vacib yeməyidir. Xüsusilə arıqlamaq istəyənlər günə səhər yeməyi ilə başlamalıdırlar.
2. Keyfiyyətli yağlardan istifadə edin
Yağlar bədəndə vitaminlərin əmələ gəlməsində və dolayı yolla sağlam bir kilo itkisində çox vacibdir. Qoz, fındıq və badam kimi qidalardan alınan yağlar vacibdir.
3. Protein qəbulunu axsatmaq olmaz
Gündəlik sağlam qidalanma masasında qidalardan gələn enerjinin15-20 faizi protein tərkibli qidalarıa təmin edilir.
4.Axşam tərəvəz yemək
Tərəvəzlər aşağı kalorili qida qrupundadır.
5.Su qəbulu
Həzm prosesi, bədəndəki tullantıların düzgün şəkildə atılması üçün su olmadan olmaz.
6.Normal yuxu
Az yatanlar və ya stres altında olanlar çox vaxt kökəlirlər.Yetərsiz yuxu doyma siqnalı göndərən leptin hormonunun səviyyəsində azalmaya səbəb olur. Aclıq hormonunun səviyyəsini isə artırır.